Keyfiyyət Elektrik mühəndisi
Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Категория Инжиниринг
О должности
Vəzifə Öhdəlikləri
Funksiyalar
- Tikinti layihəsi üzrə icra olunan bütün elektrik işlərinin layihə çertyojlarına, texniki spesifikasiyalara, dövlət standartlarına (AzDTN) və beynəlxalq normativlərə uyğunluğunu yoxlamaq və keyfiyyətə nəzarət etmək;Elektrik işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun icrasının təmin edilməsi
- Sahədə quraşdırılan elektrik sistemlərinin (kabel xətləri, tavalar, paylayıcı şkaflar, topraqlama, ildırımdan mühafizə və s.) gündəlik keyfiyyət yoxlanışını həyata keçirmək və NFI (İnspeksiya Sorğusu) proseslərini idarə etmək;Elektrik işləri üzrə material və avadanlıqların uyğunluğunun yoxlanılması
- İşlərin "Yoxlama və Test Planı"na (ITP) uyğun sənədləşdirilməsini təmin etmək.
- Sahədəki qüsurları qeydə alaraq Qeyri-uyğunluq Aktı (NCR) rəsmiləşdirmək.
Öhdəliklər
- Standartlara və layihəyə uyğun icra olunmayan elektrik işlərini dayandırmaq.
- Elektrik işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun icrasının təmin edilməsi
- Sertifikatsız, zədəli və ya layihədən fərqli materialları rədd etmək
- Elektrik işləri üzrə material və avadanlıqların uyğunluğunun yoxlanılması
- Elektrik işləri üzrə texniki uyğunsuzluqların və risklərin müəyyən edilməsi
- Podratçıdan keyfiyyət qüsurlarını dərhal aradan qaldırmağı tələb etmək.
Gizli işlər aktlarını, inspeksiya vərəqlərini və test protokollarını imzalamaq.
Səlahiyyətlər
- Elektrik işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun icrasının təmin edilməsi
- Elektrik sistemləri üzrə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi
- Elektrik işləri üzrə material və avadanlıqların uyğunluğunun yoxlanılması
- Elektrik işləri üzrə texniki uyğunsuzluqların və risklərin müəyyən edilməsi
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası
Məsuliyyət
- Elektrik işlərinin layihə çertyojlarına və texniki spesifikasiyalara uyğun icrasının təmin edilməsi
- Yoxlamadan beton, divar və ya fasad altında qalan elektrik xətlərinin qəzalarına görə;
- Elektrik işləri üzrə material və avadanlıqların uyğunluğunun yoxlanılması
- Sahədə gördüyü kritik elektrik risklərini layihə rəhbərliyindən gizlətdiyinə görə birbaşa cavabdehdir.
- İmzaladığı test hesabatlarının, aktların və protokolların hüquqi və texniki dəqiqliyinə görə;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların icrası
Tələblər
- Elektroenergetika, Elektrik mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi
- Tikinti layihələrində keyfiyyət elektrik mühəndisi kimi ən azı 3 il iş təcrübəsi
- Güclü və zəif axın sistemləri üzrə praktiki biliklər
- Elektrik çertyojları, sxemlər və normativ sənədlərlə işləmək bacarığı
- Elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı (Rus dili arzuolunandır)
- Kompüter bacarıqları: MS Office, AutoCAD
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- İş yeri Seabreez Ərazisi.
- Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qala Group
Peşəkar, elmi və texniki fəaliyyətlər
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və…