PI
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- ИТ
О должности
PAŞA Sığorta ASC namizədləri Kibertəhlükəsizlik üzrə mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Kibertəhlükəsizlik üzrə mühəndis şirkətin informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması, təhlükəsizlik siyasətlərinə və audit tələblərinə uyğunluğun təmin edilməsi, rəqəmsal infrastrukturun qorunması və kritik verilənlərin mühafizəsi məqsədilə qabaqcıl texnologiyaların tətbiqi və idarə olunmasına cavabdeh olacaqdır.
Öhdəliklər
- İnformasiya sistemlərində istifadəçi və administrator girişlərinə və səlahiyyətlərinə nəzarət mexanizmlərinin idarə edilməsi.
- İnformasiya sistemlərinin və proseslərinin şirkət siyasətləri və ITGC audit kontrollarına uyğunluğunun təmin edilməsi.
- Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və Biznes komandaları ilə sıx əməkdaşlıq.
- PAM, DLP, SIEM, WAF, MDM, Endpoint Security və Azure Security & Compliance kimi informasiya təhlükəsizliyi sistemlərinin sazlanması, idarə edilməsi və monitorinqi.
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi.
- Rəqəmsal infrastrukturun müxtəlif sahələri üzrə təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, analizi, idarə edilməsi və hesabatların hazırlanması.
- Şəbəkə və infrastruktur üzrə monitorinqlərin aparılması, təhlükəsizlik testlərində iştirak və sistemlərdə giriş hüquqlarının daimi yoxlanılması.
- Firewall və WAF sistemlərinə nəzarət, təhlükəli və ya şübhəli hadisələrin aşkar edilməsi və məlumatlandırılması.
- Məlumat sızıntısına qarşı həllərin idarə olunması və genişləndirilməsi, mobil cihazların mərkəzi platformadan idarə edilməsi.
Bilik və Bacarıqlar
- Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliklər.
- PAM, DLP, SIEM, WAF, MDM və Azure Security & Compliance sistemləri ilə işləmək bacarığı.
- Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini və şəbəkə təhlükəsizliyi əsaslarını anlamaq.
- MITRE və Sysinternals ilə tanışlıq.
- ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrindən biri ilə tanışlıq.
- Active Directory və Microsoft Azure ilə işləmək bacarığı.
- Firewall, korporativ antiviruslar, HIDS/HIPS, NIDS/NIPS, NGFW üzrə biliklər.
- Detallara diqqət yetirmək, analitik düşüncə, problem həll etmə, stressə dözümlülük, ünsiyyət və komandada işləmək bacarıqları.
- Texniki konsepsiyaları müxtəlif auditoriyalara izah etmək bacarığı.
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil (bakalavr).
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi.
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı.
- Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları.
- Yenilikçi layihələrdə iştirak və real təsir yaratmaq imkanı.
- Şəffaf və açıq korporativ mühit.
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı..
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.