T Trade Group CompanyTrade Group Company

Kiçik Mühasib

Опубликовано 20 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
6 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Trade Group Company komandası olaraq, beynəlxalq və yerli logistika əməliyyatlarımızın mühasibat uçotunun aparılmasında iştirak edəcək, öyrənməyə və inkişafa həvəsli Kiçik Mühasib axtarırıq.

Əsas Öhdəliklər və Vəzifə Funksiyaları:

  • Sənədləşmə və İnvoyslar: İlkin mühasibat sənədlərinin (yerli və beynəlxalq hesab-fakturalar/invoyslar, qaimələr, kassa və bank sənədləri) qəbulu, yoxlanılması və sistemə daxil edilməsi.
  • Bank Əməliyyatları: Bank əməliyyatlarının izlənilməsi, yerli və xarici tərəfdaşlar üçün ödəniş tapşırıqlarının hazırlanması və sistemdə uçota alınması.
  • Üzləşmələr: Debitor və kreditor borcların izlənilməsi, müştərilər və daşıyıcılarla qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi.
  • Hesabatlıq: Vergi bəyannamələrinin (ƏDV, ÖMV və s.) ilkin hazırlanmasında, baş mühasibin tapşırıqlarına əsasən gündəlik mühasibat əməliyyatlarının yerinə yetirilməsində və hesabatların tərtibində dəstək.
  • Arxiv: Sənədlərin arxivləşdirilməsi və nizamla saxlanılmasının təmin edilməsi.

Namizədə Dair Tələblər:

  • Təhsil: İqtisadiyyat, Maliyyə və ya Mühasibat uçotu sahəsində ali və ya orta-ixtisas təhsili.
  • Təcrübə: Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (və ya uğurlu təcrübə proqramı keçmiş olmaq üstünlükdür).
  • Proqram Bilikləri: MS Office (xüsusilə Excel) proqramı ilə yaxşı səviyyədə işləmək bacarığı.
  • Qanunvericilik: Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Mühasibat uçotu haqqında qanunvericiliyin əsasları barədə ilkin biliklər.
  • Dil Bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və ya rus dili bilikləri (xarici partnyorların invoysları ilə işləmək üçün) arzuolunandır.

Biz Nə Təklif Edirik?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
  • Dinamik iş mühiti və peşəkar komandada karyera qurmaq imkanı.
  • Rəqabətədavamlı əməkhaqqı (Müsahibə əsasında təyin olunur).
  • İş günləri: Həftənin 1- 5-ci günlər
  • İş vaxtı: 09:00 18:00
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
  • Əmək haqqı razılaşma əsasında olacaq

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Kiçik Mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına və ya +994 50 226 80 79 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

Похожие вакансии

Смотреть все
Откликнуться