LVOV şokolad evi KNM (anbar və istehsalat) üzrə Fəhlə
О должности
LVOV Şokolad Evi istehsalat və anbar sahəsində çalışmaq üçün məsuliyyətli, fiziki işə uyğun və komanda ilə işləmə bacarığı olan Fəhlə axtarır.
İş yeri- Xətai metrosu yaxınlığında
KNM sahəsi / İstehsalat-anbar bölməsi
Əsas vəzifələr
Namizədin əsas vəzifələri aşağıdakılardır:
KNM sahəsində gündəlik istehsalat və anbar işlərinə dəstək göstərmək;
Məhsulların, xammalın və digər materialların daşınması, yerləşdirilməsi və səliqəli saxlanılmasını təmin etmək;
İstehsalat və anbar sahəsində təmizlik və nizam-intizam qaydalarına əməl etmək;
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək;
Yükləmə-boşaltma işlərində iştirak etmək;
İş yerində təhlükəsizlik, sanitariya və daxili qaydalara riayət etmək;
Avadanlıq, inventar və məhsullarla ehtiyatlı davranmaq;
Komanda üzvlərinə iş prosesində kömək etmək.
Namizədə tələblər
Fiziki işə uyğun olmaq;
Məsuliyyətli, intizamlı və punktual olmaq;
Komanda ilə işləmə bacarığı;
Təmizlik və səliqəyə diqqətli yanaşmaq;
Rəhbərliyin tapşırıqlarını düzgün və vaxtında yerinə yetirmək;
İstehsalat və ya anbar sahəsində iş təcrübəsi üstünlükdür.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Sabit iş yeri;
Əməkhaqqı 500-560
Nahar ödənişi
Peşəkar və mehriban kollektiv;
Müraciət qaydası
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Fəhlə ” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər və ya 0554444795 vatsap nömrəsi ilə əlaqə saxlasin.
