KB Kapital BankKapital Bank

Komplayens departamentinin Komplayens risklərinin idarə edilməsi və monitorinq şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi

Bakı Опубликовано 2 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
18 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Birbank-da qanunvericilik və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi, requlyativ risklərin qiymətləndirilməsi və biznes proseslərinin təhlili istiqamətində komanda işinə töhfə verəcək namizədlər axtarırıq.

+ ' ' +
  • Hüquq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsilə sahib olmaq;
  • Bank, ödəniş təşkilatı, elektron pul təşkilatı, fintech, risklərin idarə edilməsi, komplayens, AML/CFT və ya daxili audit sahəsində minimum 1 il iş təcrübəsinə sahib olmaq;
  • Analitik düşünmə, risklərin müəyyən edilməsi və məlumatların təhlili bacarığına malik olmaq;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığına malik olmaq;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində isə peşəkar fəaliyyət üçün kifayət edən səviyyədə biliklərə sahib olmaq (rus dili biliyi üstünlük hesab olunur).
+ ' ' +

·      İnkişaf imkanları

·      Rəqabətli əmək haqqı və bonuslar

·      Yüksək təminatlı sığorta

·      Dəstəkləyici mühit

·      Visa Premium əmək haqqı kartı

·      Korporativ endirimlər

·      Korporativ tədbirlər

·      Əlavə məzuniyyət

·      Güzəştli təhsil və işçi kredit

+ ' ' +
  • Qanunvericilik və daxili normativ sənədlərin tələblərinin biznes proseslərinə tətbiqini təhlil etmək;
  • Azərbaycan Respublikasının bank, ödəniş xidmətləri, AML/CFT, sanksiyalar və digər aidiyyəti normativ-hüquqi aktları barədə ümumi biliklərə sahib olmaq;
  • Tərəfdaşlar və üçüncü tərəflərlə əməkdaşlıq çərçivəsində yaranan riskləri müəyyən etmək;
  • Struktur bölmələrdən daxil olan sorğular üzrə rəylərin hazırlanmasında iştirak etmək;
  • Məlumat toplamaq, təhlil aparmaq və nəticələri əsaslandırılmış şəkildə təqdim etmək;
  • Daxili normativ sənədlərlə işləmək və rəylərin hazırlanmasında iştirak etmək bacarığına malik olmaq;
  • Yeni məhsul və proseslərin tətbiqi zamanı risklərin qiymətləndirilməsi prosesində iştirak etmək bacarığına malik olmaq;
  • Komanda ilə əməkdaşlıq etmək, effektiv kommunikasiya qurmaq və qərar qəbulunu dəstəkləyən məlumatlar hazırlamaq.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Похожие вакансии

Смотреть все
Откликнуться