M My Group Holding MMCMy Group Holding MMC

Kontent meneceri

Опубликовано 7 ч. назад Источник
Маркетинг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
20 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifələr və məsuliyyətlər:

  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;

  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;

  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;

  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini;

  • Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;

  • SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək;

  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək;

  • SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün);

  • SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək.

Tələb edilən bacarıqlar və təhsil:

  • Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil;

  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi;

  • Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır);

  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür;

  • Təqdimat etmə bacarığı;

  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;

  • Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti;

  • Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları.

  • Əmək haqqı: 800–1000 AZN

  • İş qrafiki: 5 günlük iş qrafiki.

  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Kontent menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

M My Group Holding MMC
My Group Holding MMC
Topdansatış və pərakəndə ticarət

My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…

Похожие вакансии

Смотреть все