Korporativ performans üzrə mütəxəssis
Режим работы Полная занятость
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Fəaliyyətin monitorinqi:
- Təşkilati hədəf və məqsədlərlə bağlı KPI-ların (əsas fəaliyyət göstəricilərinin) monitorinqi və təhlili.
- Fəaliyyətin müəyyən olunmuş hədəflərə uyğunluğunu qiymətləndirmək üçün əsas əməliyyat göstəricilərinin izlənilməsi və hesabatlığının aparılması.
- Məlumatların toplanması və təhlili:
- Trendləri, qanunauyğunluqları və kənarlaşmaları (anomaliyaları) müəyyən etmək üçün məlumatların toplanması, analizi və şərhi.
- praktiki tətbiqə yararlı tövsiyələr hazırlamaq üçün məlumat analizi alətlərindən istifadə edilməsi.
- Hesabatlılıq və təqdimat:
- Rəhbərlik və maraqlı tərəflər üçün fəaliyyətin səmərəliliyinə dair mütəmadi hesabatların hazırlanması.
- Əsaslandırılmış qərarların qəbulunu təmin etmək məqsədilə əldə olunmuş nəticələrin və tövsiyələrin funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalara təqdim edilməsi.
- Proses Təkmilləşdirilməsi:
- Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması.
- Sənədləşdirmə və qeydlərin aparılması:
- Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması.
- Funksiyalararası əməkdaşlıq:
- Fəaliyyətlə bağlı məlumat və korporativ bilikləri toplamaq üçün müxtəlif departamentlərlə əməkdaşlıq edilməsi.
Fəaliyyət hədəflərini təşkilatın ümumi məqsədləri ilə uyğunlaşdırmaq üçün komandalarla sıx əməkdaşlıq edilməsi.
Xüsusi tələblər
- Biznesin idarə edilməsi (Business Administration), Layihələrin idarə edilməsi, Statistika və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinin olması arzuolunandır)..
- Məlumatları və trendləri effektiv şəkildə şərh etmək bacarığı da daxil olmaqla, güclü analitik və problemləri həll etmə (problem-solving) qabiliyyəti.
- Mürəkkəb məlumatları aydın, lakonik və anlaşılan formada təqdim etmək bacarığı da daxil olmaqla, mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
- Funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalarla iş təcrübəsi və effektiv əməkdaşlıq qurmaq bacarığı.
- Detallara qarşı diqqətlilik, yüksək təşkilatçılıq, eyni vaxtda bir neçə tapşırığı idarə etmək (multi-tasking) və təyin olunmuş son müddətlərə (deadline) riayət etmək qabiliyyəti.
- Strateji fəaliyyətin idarə edilməsi alətləri (məs: Balanced Scorecard – Balanslaşdırılmış Göstəricilər Sistemi) və metodologiyaları ilə işləmə bacarığı və ya tanışlıq.
SDM 
SOCAR Downstream Management