SDM SOCAR Downstream ManagementSOCAR Downstream Management

Korporativ performans üzrə mütəxəssis

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Fəaliyyətin monitorinqi:
  • Təşkilati hədəf və məqsədlərlə bağlı KPI-ların (əsas fəaliyyət göstəricilərinin) monitorinqi və təhlili.
  • Fəaliyyətin müəyyən olunmuş hədəflərə uyğunluğunu qiymətləndirmək üçün əsas əməliyyat göstəricilərinin izlənilməsi və hesabatlığının aparılması.
  • Məlumatların toplanması və təhlili:
  • Trendləri, qanunauyğunluqları və kənarlaşmaları (anomaliyaları) müəyyən etmək üçün məlumatların toplanması, analizi və şərhi.
  • praktiki tətbiqə yararlı tövsiyələr hazırlamaq üçün məlumat analizi alətlərindən istifadə edilməsi.
  • Hesabatlılıq və təqdimat:
  • Rəhbərlik və maraqlı tərəflər üçün fəaliyyətin səmərəliliyinə dair mütəmadi hesabatların hazırlanması.
  • Əsaslandırılmış qərarların qəbulunu təmin etmək məqsədilə əldə olunmuş nəticələrin və tövsiyələrin funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalara təqdim edilməsi.
  • Proses Təkmilləşdirilməsi:
  • Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması.
  • Sənədləşdirmə və qeydlərin aparılması:
  • Fəaliyyət göstəriciləri, metodologiyalar və nəticələrə dair qeydlərin dəqiq və tam şəkildə saxlanılması.
  • Funksiyalararası əməkdaşlıq:
  • Fəaliyyətlə bağlı məlumat və korporativ bilikləri toplamaq üçün müxtəlif departamentlərlə əməkdaşlıq edilməsi.

Fəaliyyət hədəflərini təşkilatın ümumi məqsədləri ilə uyğunlaşdırmaq üçün komandalarla sıx əməkdaşlıq edilməsi.

Xüsusi tələblər

  • Biznesin idarə edilməsi (Business Administration), Layihələrin idarə edilməsi, Statistika və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinin olması arzuolunandır)..
  • Məlumatları və trendləri effektiv şəkildə şərh etmək bacarığı da daxil olmaqla, güclü analitik və problemləri həll etmə (problem-solving) qabiliyyəti.
  • Mürəkkəb məlumatları aydın, lakonik və anlaşılan formada təqdim etmək bacarığı da daxil olmaqla, mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Funksiyalararası (müxtəlif departamentlərdən ibarət) komandalarla iş təcrübəsi və effektiv əməkdaşlıq qurmaq bacarığı.
  • Detallara qarşı diqqətlilik, yüksək təşkilatçılıq, eyni vaxtda bir neçə tapşırığı idarə etmək (multi-tasking) və təyin olunmuş son müddətlərə (deadline) riayət etmək qabiliyyəti.
  • Strateji fəaliyyətin idarə edilməsi alətləri (məs: Balanced Scorecard – Balanslaşdırılmış Göstəricilər Sistemi) və metodologiyaları ilə işləmə bacarığı və ya tanışlıq.
Müraciət etmək üçün: [email protected]
SDM SOCAR Downstream Management
SOCAR Downstream Management

Oxşar vakansiyalar

Hamısına bax