ŞTM Şahdağ Turizm Mərkəzi QSCŞahdağ Turizm Mərkəzi QSC

Korporativ Satış Meneceri

Опубликовано 14 ч. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
6 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Əsas vəzifələr:

  • Potensial və mövcud müştərilərlə görüşlər keçirmək, təqdimatlar təşkil etmək və kommersiya təklifləri hazırlamaq;
  • Müştəri ehtiyaclarını müəyyən etmək, uyğun həllər təqdim etmək və satış prosesini tam idarə etmək;
  • Müqavilələr hazırlamaq, danışıqlar aparmaq və satışları uğurla bağlamaq;
  • Satış planını icra etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;
  • Marketinq və digər şöbələrlə sıx əməkdaşlıq etmək, satış strategiyasını həyata keçirmək;
  • Şirkəti yerli və beynəlxalq tədbirlərdə təmsil etmək və korporativ əlaqələri genişləndirmək.

Tələblər:

  • Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazılı kommunikasiya bacarığı;
  • Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Müştəri yönümlü, nəticəyönümlü və analitik düşüncə tərzi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

​​​​​​​​​​​​​​Biz təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və digər üstünlüklər;
  • Peşəkar və dinamik iş mühiti.

Karyeranızda yeni addım atmağa hazırsınızsa, CV-nizi "Korporativ Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Sizi komandamızda görməkdən məmnun olarıq!

ŞTM Şahdağ Turizm Mərkəzi QSC
Şahdağ Turizm Mərkəzi QSC

Похожие вакансии

Смотреть все
Откликнуться