Şahdağ Turizm Mərkəzi QSC Korporativ Satış Meneceri
14 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Əsas vəzifələr:
- Potensial və mövcud müştərilərlə görüşlər keçirmək, təqdimatlar təşkil etmək və kommersiya təklifləri hazırlamaq;
- Müştəri ehtiyaclarını müəyyən etmək, uyğun həllər təqdim etmək və satış prosesini tam idarə etmək;
- Müqavilələr hazırlamaq, danışıqlar aparmaq və satışları uğurla bağlamaq;
- Satış planını icra etmək, nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
- Müştəri məmnuniyyətini təmin etmək və uzunmüddətli əməkdaşlıq münasibətləri qurmaq;
- Marketinq və digər şöbələrlə sıx əməkdaşlıq etmək, satış strategiyasını həyata keçirmək;
- Şirkəti yerli və beynəlxalq tədbirlərdə təmsil etmək və korporativ əlaqələri genişləndirmək.
Tələblər:
- Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət və yazılı kommunikasiya bacarığı;
- Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəri yönümlü, nəticəyönümlü və analitik düşüncə tərzi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Biz təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və digər üstünlüklər;
- Peşəkar və dinamik iş mühiti.
Karyeranızda yeni addım atmağa hazırsınızsa, CV-nizi "Korporativ Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Sizi komandamızda görməkdən məmnun olarıq!
ŞTM 

Şahdağ Turizm Mərkəzi QSC