Unibank ASC KOS (SME) Kredit Monitorinqi üzrə Aparıcı/Baş mütəxəssis
Режим работы Полная занятость Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Bankın SME kredit portfeli üzrə davamlı monitorinqin aparılması və müştəri davranışlarının təhlili;
- Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
- Müştərinin maliyyə göstəricilərinin (DSCR, dövriyyə, debitor və kreditor borcları və s.) dövri əsasda yenilənməsi və təhlil edilməsi;
- Müştərinin öhdəliklərini yerinə yetirməsinə nəzarət, gecikmələrin, restrukturizasiyaların və qeyri-standart halların təhlili;
- Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması;
- Problemli kreditlər üzrə ilkin diaqnostikanın aparılması və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
- Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsi;
- Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zərurət yarandıqda onların yenilənməsinə nəzarət;
- Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Kreditlərin monitorinqi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
- Kredit portfeli üzrə risklərin idarə olunması və erkən xəbərdarlıq siqnallarının (EWS) təhlili üzrə biliklər;
- Bank sektoru və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri üzrə baza biliklər;
- Sahə yoxlamalarında iştirak təcrübəsi və yerli bizneslərin fəaliyyət prinsipləri barədə biliklər üstünlükdür;
- Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.
U 

Unibank ASC
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın…