Uğur İndustry MMCUğur İndustry MMC

Laborant

Опубликовано 1 дн. назад Источник
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
13 avqust 2026

О должности

“UĞUR İNDUSTRY” MMC Laborant vakansiyası elan edir:

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi və fiziki analizlər üçün hazırlamaq;
  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Xammal (əhəng daşı, gips, klinker, qum), köməkçi maddə, qatqı maddələri üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək;
  • Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi, fiziki analizləri aparmaq və qeydə almaq;
  • Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək;
  • Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək;
  • Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Razılaşma əsasında.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Laborant” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Uğur İndustry MMC
Uğur İndustry MMC

Похожие вакансии

Смотреть все
Откликнуться