Eden Agro MMC Laboratoriya üzrə menecer (Oğuz)
О должности
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
- Birbaşa rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
- İş yeri: Oğuz rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- ISO/IEC 17025 standartının tələblərini bilməli;
- Laboratoriyanın fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyi, normativ sənədləri, metodiki göstərişləri və sınaq metodlarını bilməli;
- Kimyəvi reagentlər, məhlullar və laboratoriya preparatlarından təhlükəsiz istifadə qaydalarını bilməli;
- Laboratoriya avadanlıqları, ölçü cihazları və analiz qurğularının işləmə prinsiplərini və istismar qaydalarını bilməli;
- Laboratoriya analizlərinin planlaşdırılması, təşkili və nəticələrinin qiymətləndirilməsi sahəsində biliklərə malik olmalı;
- Laboratoriyada keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) prinsiplərini bilməli;
- Laboratoriya sənədlərinin hazırlanması və idarə olunmasını bilməli;
- Kalibrləmə, verifikasiya və cihazların texniki xidmət proseslərini bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və kimyəvi təhlükəsizlik qaydalarını bilməli;
- MS Office proqramlarını və laboratoriya məlumatlarının idarə edilməsi sistemlərini (LIMS və ya 1C/ERP) istifadə etməyi bacarmalı.
Vəzifə tələbləri:
- Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Biologiya və ya digər uyğun ixtisas);
- ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikat;
- Laboratoriya sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
- Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmək bacarığı;
- Analitik düşünmə və problemlərin həlli bacarığı;
- Komandanın idarə olunması və işin təşkili bacarığı;
- Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı;
- MS Office və 1C/ERP (və ya LIMS) proqramlarından sərbəst istifadə bacarığı..
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Korporativ tibbi sığorta paketi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Laboratoriya üzrə menecer (Oğuz)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…