Reflect Architects Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)
О должности
Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq!
Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq. Əgər sən həm memarlıq layihələrinin, həm də baş plan (master plan) layihələrinin konseptual və texniki idarəçiliyini həyata keçirə bilirsənsə, bu vəzifə sənin üçündür.
Vəzifələr:
-
Memarlıq və baş plan (master plan) layihələrinin konseptual və texniki rəhbərliyi
-
Şəhərsalma, ərazi planlaşdırılması və baş plan həllərinin hazırlanmasına rəhbərlik
-
Tikinti normaları, SNIP və digər normativ sənədlərlə işləmə
-
Layihə komandalarının idarə olunması və koordinasiyası
-
Müştərilərlə görüşlərin keçirilməsi, tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
-
İşçi layihələrin hazırlanmasında iştirak və prosesə nəzarət
-
Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
-
Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
-
İcra zamanı yaranan texniki problemlərin analizi və operativ həlli
Tələblər:
-
Memarlıq üzrə ali təhsil
-
İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
-
Baş plan (master plan), şəhərsalma və iri miqyaslı ərazi planlaşdırılması layihələrində iş təcrübəsi
-
AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və digər peşəkar proqramlarda yüksək səviyyədə işləmək bacarığı
-
Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
-
Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
-
Komanda idarəetmə və liderlik qabiliyyəti
-
Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı
Təklif edirik:
-
5/2 iş qrafiki
-
İş saatları: 09:00 – 18:00
-
Təcrübə və bacarıqlara uyğun rəqabətli əmək haqqı
-
Ölkə əhəmiyyətli memarlıq və baş plan layihələrinə rəhbərlik imkanı
-
Peşəkar komanda və inkişaf yönümlü mühit
-
Karyera yüksəlişi üçün açıq struktur və dəstək
📍 İş yeri: Bakı, Azərbaycan
📩 LinkedIn üzərindən və ya CV və e-portfolionuzu [email protected] ünvanına göndərərək müraciət edə bilərsiniz.
📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Mövzu hissəsində "Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)" qeyd etməyiniz xahiş olunur.
