M
Makromed MMC

Maliyyə Meneceri

Опубликовано 13 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Финансы

О должности

Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə idarəetməsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
  • Büdcələşdirmə və maliyyə planlaşdırılması sahəsində təcrübə;
  • Vergi və mühasibat qanunvericiliyi üzrə biliklər;
  • MS Excel və digər maliyyə proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə, liderlik və qərarvermə bacarıqları;
  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dillərini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək;
  • İllik və aylıq büdcələrin hazırlanması, icrasına nəzarət etmək;
  • Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
  • Maliyyə risklərini təhlil etmək və risklərin azaldılması üçün tədbirlər görmək;
  • Gəlir və xərclərin monitorinqini aparmaq;
  • Vergi, audit və digər maliyyə yoxlamaları zamanı əlaqələndirməni həyata keçirmək;
  • Maliyyə göstəricilərinin təhlilini apararaq rəhbərliyə təkliflər vermək;
  • Maliyyə komandasının fəaliyyətini koordinasiya etmək və inkişafını dəstəkləmək.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə);
  • İş saatları: 09:00–18:00;
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
  • Korporativ mobil əlaqə və digər təminatlar (şirkət siyasətinə uyğun olaraq);
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Rahat və müasir iş mühiti.
  • Ünvan: Bakı, Svetlana Məmmədova küç.-203C, Nəsimi metrosuna yaxın.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 Əlaqə: +994 (55) 707 10 80

Похожие вакансии

: