"VIP Services Group" LLC Maliyyə planlaşdırılması və analizi üzrə mütəxəssis (FP&A)
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
Vəzifə öhdəlikləri
- Şirkətin illik büdcəsinin, rüblük və aylıq proqnozlarının hazırlanmasında iştirak etmək;
- Maliyyə nəticələrinin büdcə və proqnozlarla müqayisəli təhlilini (Plan vs Actual) aparmaq;
- Gəlir, xərclər, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə müntəzəm hesabatlar hazırlamaq;
- Maliyyə modellərinin hazırlanması və yenilənməsində iştirak etmək;
- Biznes bölmələri ilə əməkdaşlıq edərək büdcə məlumatlarını toplamaq;
- Xidmətlər, müştərilər və biznes istiqamətləri üzrə gəlirlilik (Profitability) analizləri aparmaq;
- Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Cash Flow proqnozlarının hazırlanmasında iştirak etmək;
- ERP və digər sistemlərdən məlumatları emal edərək analitik hesabatlar hazırlamaq;
- Müasir rəqəmsal və AI alətlərindən istifadə edərək məlumatların analizi, hesabatların hazırlanması və rutin prosesləri avtomatlaşdırmaq;
- Əsas əməliyyat göstəricilərinin – sərnişin sayı, xidmət növləri, gəlirlilik, məhsuldarlıq və digər biznes göstəricilərinin təhlilində iştirak etmək.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
- Ödənişsiz parkinq imkanı.
Tələblər
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- 1–2 il maliyyə analizi, büdcələşdirmə, FP&A və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
- MS Excel proqramında yüksək səviyyədə biliklər (Pivot Tables, XLOOKUP, SUMIFS, IF və s.);
- Power Query biliyi üstünlükdür;
- Power BI, SQL, Python biliyi və digər hesabat/vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi arzuolunandır;
- Analitik düşüncə, rəqəmlərlə işləmək bacarığı və detallara diqqət;
- Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dilini işlək səviyyədə bilmək üstünlükdür;
- ACCA, CIMA və ya CFA üzrə təhsil alan namizədlərə üstünlük verilir.
VS 

"VIP Services Group" LLC
Yarandığı 2011-ci ildən etibarən “VIP Xidmətlər Qrupu” MMC özünü Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında sərnişinlər üçün səyahət keyfiyyətinin yüksəldilməsinə həsr…