VS "VIP Services Group" LLC"VIP Services Group" LLC

Maliyyə planlaşdırılması və analizi üzrə mütəxəssis (FP&A)

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

Vəzifə öhdəlikləri

  • Şirkətin illik büdcəsinin, rüblük və aylıq proqnozlarının hazırlanmasında iştirak etmək;
  • Maliyyə nəticələrinin büdcə və proqnozlarla müqayisəli təhlilini (Plan vs Actual) aparmaq;
  • Gəlir, xərclər, mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə müntəzəm hesabatlar hazırlamaq;
  • Maliyyə modellərinin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Biznes bölmələri ilə əməkdaşlıq edərək büdcə məlumatlarını toplamaq;
  • Xidmətlər, müştərilər və biznes istiqamətləri üzrə gəlirlilik (Profitability) analizləri aparmaq;
  • Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Cash Flow proqnozlarının hazırlanmasında iştirak etmək;
  • ERP və digər sistemlərdən məlumatları emal edərək analitik hesabatlar hazırlamaq;
  • Müasir rəqəmsal və AI alətlərindən istifadə edərək məlumatların analizi, hesabatların hazırlanması və rutin prosesləri avtomatlaşdırmaq;
  • Əsas əməliyyat göstəricilərinin – sərnişin sayı, xidmət növləri, gəlirlilik, məhsuldarlıq və digər biznes göstəricilərinin təhlilində iştirak etmək.



Əmək şəraiti:

  • İş rejimi: 5 günlük (09:00-18:00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə;
  • Ödənişsiz parkinq imkanı.

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • 1–2 il maliyyə analizi, büdcələşdirmə, FP&A və ya mühasibatlıq sahəsində iş təcrübəsi;
  • MS Excel proqramında yüksək səviyyədə biliklər (Pivot Tables, XLOOKUP, SUMIFS, IF və s.);
  • Power Query biliyi üstünlükdür;
  • Power BI, SQL, Python biliyi və digər hesabat/vizuallaşdırma alətləri ilə işləmə təcrübəsi arzuolunandır;
  • Analitik düşüncə, rəqəmlərlə işləmək bacarığı və detallara diqqət;
  • Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dilini işlək səviyyədə bilmək üstünlükdür;
  • ACCA, CIMA və ya CFA üzrə təhsil alan namizədlərə üstünlük verilir.
VS "VIP Services Group" LLC
"VIP Services Group" LLC

Yarandığı 2011-ci ildən etibarən “VIP Xidmətlər Qrupu” MMC özünü Heydər Əliyev Beynəlxalq Aeroportunda və Gəncə Beynəlxalq Hava Limanında sərnişinlər üçün səyahət keyfiyyətinin yüksəldilməsinə həsr…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et