Qarabağ Dirçəliş FonduQarabağ Dirçəliş Fondu

Maliyyə şöbəsinin aparıcı mütəxəssisi

Bakı Опубликовано 4 ч. назад Источник
Полная занятость 3–5 лет Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
  • Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
  • Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasının təhlilində iştirak etmək;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların həmçinin daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Əsas vəsaitlərin və mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya məbləğinin hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların müvafiq proqram təminatında (1C) əks etdirilməsini təmin etmək;
  • Fondun bütün mühasibat əməliyyatları üzrə müxabirləşmələrin 1C proqramında əks etdirilməsində iştirak etmək;
  • Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
  • Daxili idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Vergi, maliyyə və digər aidiyyəti hesabatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə dövlət orqanlarına təqdim edilməsində iştirak etmək;
  • Rəhbərlik üçün cari maliyyə məsələlərinə dair operativ və analitik məlumatlar hazırlamaq;
  • Maliyyə əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
  • Büdcə icrasının monitorinqini aparmaq, xərc maddələrini təhlil etmək və maliyyə intizamına nəzarət etmək;
  • Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
  • Maliyyə əməliyyatları və hesabatlılıqla bağlı risklərin müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində təkliflər vermək;
  • Maliyyə uçotu, hesabatlılıq və daxili maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
  • Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;


İş şəraiti:

  • İş saatları - 09:30-dan – 18:30-dək.
  • Şənbə və bazar günləri istirahət günləridir.

Xüsusi tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
  • ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.
Təcrübə:
  • Maliyyə və ya mühasibatlıq sahəsində minimum 4 il iş təcrübəsi.
  • IFRS əsasında maliyyə hesabatlarının hazırlanması və ya audit proseslərində iştirak təcrübəsi üstünlük hesab edilir.
  • 1C 8.3 proqramında praktiki iş təcrübəsi.
Bilik və bacarıqlar:
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili biliyi, xüsusilə maliyyə terminologiyası üzrə bilik üstünlük hesab edilir;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, Power Query, mürəkkəb formulalar, məlumatların təhlili və hesabatların hazırlanması);
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə nəzəri və praktiki biliklər;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər aidiyyəti normativ hüquqi aktlar üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması, maliyyə təhlili və büdcə planlaşdırılması sahəsində biliklər;
  • Bank əməliyyatları və ödəniş prosesləri üzrə biliklər;
  • Müqavilələrin maliyyə şərtlərini təhlil etmək bacarığı;
  • Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Təqdimat və hesabat hazırlamaq bacarığı.

Müraciət üçün (CV): https://qdf.gov.az/media-merkezi/vakansiyalar/20-Maliyye-shobesinin-aparici-mutexessisi.html
Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu

Похожие вакансии

Смотреть все
Откликнуться