Maliyyə şöbəsinin aparıcı mütəxəssisi
Work mode Full-time Experience 3–5 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
- Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
- Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasının təhlilində iştirak etmək;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların həmçinin daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
- Əsas vəsaitlərin və mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya məbləğinin hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların müvafiq proqram təminatında (1C) əks etdirilməsini təmin etmək;
- Fondun bütün mühasibat əməliyyatları üzrə müxabirləşmələrin 1C proqramında əks etdirilməsində iştirak etmək;
- Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
- Daxili idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Vergi, maliyyə və digər aidiyyəti hesabatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə dövlət orqanlarına təqdim edilməsində iştirak etmək;
- Rəhbərlik üçün cari maliyyə məsələlərinə dair operativ və analitik məlumatlar hazırlamaq;
- Maliyyə əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
- Büdcə icrasının monitorinqini aparmaq, xərc maddələrini təhlil etmək və maliyyə intizamına nəzarət etmək;
- Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
- Maliyyə əməliyyatları və hesabatlılıqla bağlı risklərin müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində təkliflər vermək;
- Maliyyə uçotu, hesabatlılıq və daxili maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
- Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
İş şəraiti:
- İş saatları - 09:30-dan – 18:30-dək.
- Şənbə və bazar günləri istirahət günləridir.
Xüsusi tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
- ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 4 il iş təcrübəsi.
- IFRS əsasında maliyyə hesabatlarının hazırlanması və ya audit proseslərində iştirak təcrübəsi üstünlük hesab edilir.
- 1C 8.3 proqramında praktiki iş təcrübəsi.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi, xüsusilə maliyyə terminologiyası üzrə bilik üstünlük hesab edilir;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, Power Query, mürəkkəb formulalar, məlumatların təhlili və hesabatların hazırlanması);
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) və Mühasibat Uçotunun Beynəlxalq Standartları (IAS) üzrə nəzəri və praktiki biliklər;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər aidiyyəti normativ hüquqi aktlar üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə təhlili və büdcə planlaşdırılması sahəsində biliklər;
- Bank əməliyyatları və ödəniş prosesləri üzrə biliklər;
- Müqavilələrin maliyyə şərtlərini təhlil etmək bacarığı;
- Analitik düşünmə və problemləri operativ həll etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Vaxtın düzgün idarə olunması və eyni zamanda bir neçə tapşırığın icrasını planlaşdırmaq bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
- Təqdimat və hesabat hazırlamaq bacarığı.
Qarabağ Dirçəliş Fondu