AF Ağ Finans MMCAğ Finans MMC

Maliyyə üzrə Təcrübəçi

Опубликовано 21 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
5 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş şəraiti

  • İş qrafiki: Həftədə 5 iş günü;
  • İş saatları: 09:00 - 18:00;
  • Şənbə və bazar günləri istirahət günləridir;
  • İş yeri: Bakı;
  • Maliyyə və mühasibatlıq sahəsində praktiki təcrübə, peşəkar inkişaf və gələcək karyera imkanları.

Vəzifə öhdəlikləri

  • 1C 8.3 proqramında maliyyə və mühasibat əməliyyatlarının aparılması prosesində iştirak etmək;
  • Maliyyə sənədlərinin yoxlanılması, sistemləşdirilməsi və arxivləşdirilməsinə dəstək göstərmək;
  • Maliyyə məlumatlarının toplanması, emalı və ilkin təhlilində iştirak etmək;
  • Daxili maliyyə əməliyyatlarının düzgünlüyünün yoxlanılması prosesində iştirak etmək;
  • Müştəri şirkətlərdən daxil olan maliyyə məlumatlarının dəqiqləşdirilməsi üçün operativ ünsiyyət qurmaq;
  • Sayım və inventarlaşma proseslərində iştirak etmək, nəticələrin uçot məlumatları ilə uyğunluğunu yoxlamaq;
  • Aşkar olunan uyğunsuzluqların qeydiyyatını aparmaq və məsul əməkdaşlara məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən maliyyə yönümlü tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək.

Əsas tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil və ya son kurs tələbəsi olmaq;
  • 1C 8.3 proqramı üzrə ilkin nəzəri və ya praktiki biliklərə sahib olmaq;
  • Maliyyə və mühasibat uçotunun əsasları barədə anlayışa malik olmaq;
  • Yüksək diqqət, detalları görmək və məlumatlar arasındakı uyğunsuzluqları aşkar etmək bacarığı;
  • Güclü analitik düşüncə, məntiqi nəticə çıxarma və çevik qərarvermə qabiliyyəti;
  • Yeni məlumatları sürətlə mənimsəmək və öyrənməyə yüksək motivasiya;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətli, intizamlı, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və eyni zamanda verilən tapşırıqları müstəqil icra etmək bacarığı.

Üstünlük hesab olunur

  • F3 (Financial Accounting) sertifikatının olması;
  • İngilis dili biliyi;
  • Maliyyə, mühasibatlıq və ya audit sahəsində təcrübə və ya təcrübə proqramında iştirak;
  • 1C 8.3 proqramı ilə praktiki işləmə təcrübəsi.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все
Откликнуться