ASCO Matros-xilasedici - Xaçmaz
О должности
ASCO Xaçmaz rayonunda yerləşən “Dənizçi” istirahət bazası üçün matros-xilasedici vakansiyası üzrə müsabiqə elan edir.
Tələb olunan minimum iş stajı: Sahə üzrə ən az 1 il təcrübə
Vəzifə (peşə) təlimatı
Nəzarət və Monitorinq: Təyin olunmuş ərazidə (çimərlik və ya su hövzəsi) sualtı və suüstü vəziyyətə daim nəzarət etmək.
Xilasetmə Əməliyyatı: Boğulma təhlükəsi olan şəxsləri dərhal xilas etmək, zəruri hallarda xilasedici qayıq və ya xüsusi vasitələrdən (xilasedici halqa, jilet və s.) istifadə etmək.
İlkin Tibbi Yardım: Xilas edilən şəxslərə həkiməqədərki ilk tibbi yardım (süni nəfəs, ürəyin qapalı masajı və s.) göstərmək.
Təlimatlandırma: Çimərlikdə və ya gəmidə olan sərnişin və ya vətəndaşlara təhlükəsizlik qaydaları haqqında məlumat vermək.
Tələb olunan bacarıqlar:
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi, bədbəxt hadisələrin qarşısının alınması və boğulma təhlükəsi ilə üzləşən şəxslərə ilkin təxirəsalınmaz yardımın göstərilməsindən ibarətdir.
Müraciət üçün https://asco.az/az/pages/6/65/vacancy/12598 linkə daxil ola bilərsiniz.
Seçim zamanı Xaçmaz rayonundan olan namizədlərə üstünlük veriləcək.
