OB&
- Категория
- ИТ
О должности
Vəzifə öhdəlikləri:
Strategiya və vizyon
- Veb sayt, mobil tətbiq və digər e-commerce platformaları üzrə məhsul vizyonunu, dəyər təklifini və inkişaf strategiyasını formalaşdırmaq, onu şirkətin ümumi hədəfləri ilə uyğunlaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq;
- Məhsul yol xəritəsini (roadmap) hazırlamaq, prioritetləri müəyyən etmək və icrasına nəzarət etmək.
Tələblər və backlog
- Biznes tərəfləri, istifadəçilər və əməliyyat komandaları ilə birlikdə tələbləri toplamaq, prioritetləşdirmək və scope-u müəyyən etmək;
- Biznes tələblərini istifadəçi hekayələrinə (user story) və qəbul meyarlarına (acceptance criteria) çevirmək, backlog-u idarə etmək və buraxılış planlamasını aparmaq.
Komanda və icra (delivery)
- Backend, Frontend, Mobil (iOS/Android), BA, DevOps, UX/UI və QA komandaları ilə sıx əməkdaşlıq etmək, sprintləri planlamaq;
- Deliverable-ləri, asılılıqları, bloker-ləri, məsul şəxsləri və son tarixləri izləmək; riskləri, scope dəyişikliklərini və resurs boşluqlarını erkən aşkarlayıb idarə etmək;
- Maraqlı tərəflər və qrup şirkətləri ekosistemi ilə effektiv kommunikasiya qurmaq, status hesabatlarını və icraçı xülasələrini hazırlamaq.
Launch və keyfiyyət
- Buraxılış (launch), kampaniya və promo inteqrasiyalarını planlamaq və icra etmək;
- UAT və QA-nı koordinasiya etmək, go-live checklist-ləri hazırlamaq.
İstifadəçi və data
- Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşma tətbiq etmək, istifadəçi araşdırmaları və usability testləri təşkil etmək, qərarları data və nəticələrə əsaslandırmaq;
- Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunu təmin etmək;
- Süni intellekt (AI) həllərinin layihələrdə tətbiq imkanlarını araşdırmaq və pilot etmək;
- Qeyri-müəyyən şəraitdə struktur və inam mühiti yaratmaq, çoxfunksiyalı komandalara liderlik etmək.
Uğur meyarları (bu rol nəyə görə qiymətləndiriləcək)
- E-commerce konversiyasının (CR) artımı həm desktop həm digər online satış kanalı;
- Orta çek (AOV) və GMV üzrə müsbət dinamika;
- İstifadəçi saxlanması (retention) və təkrar alış göstəricilərinin yaxşılaşması;
- Buraxılışların vaxtında və keyfiyyətlə (UAT/QA) həyata keçirilməsi;
- Backlog prioritetlərinin biznes dəyəri (revenue / ROI) ilə düzgün uyğunlaşdırılması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı (ingilis dili üstünlükdür — beynəlxalq komanda ilə iş üçün);
- Məhsul Sahibi / İT Biznes Analitik vəzifəsində minimum 2-3 il təcrübə;
- E-commerce / Marketplace və pərakəndə satış təcrübəsi (üstünlükdür);
- E-commerce həyat dövrünü (planlama → icra → launch → optimizasiya) başa düşmək;
- Müasir veb arxitektura anlayışı (mikroservislər, API) və üçüncü tərəf inteqrasiyaları (ödəniş, logistika, ERP/CRM);
- Agile / Scrum / Kanban üzrə praktiki biliklər (Waterfall üstünlükdür);
- Jira və Confluence ilə iş bacarığı (Asana / Trello / Bitrix üstünlükdür);
- Figma, Notion, Miro ilə iş bacarığı;
- Google Analytics (GA4) və data analizi bacarığı; SQL üstünlükdür;
- Risk, scope və dependency idarəetməsində sübut olunmuş bacarıq;
- Güclü stakeholder kommunikasiyası, koordinasiya və təqdimat bacarıqları;
- Texniki terminologiyanı başa düşmək və dokumentasiya yazmaq bacarığı;
- 1C bilikləri, Grafana / Kibana kimi monitorinq alətləri və PMP / CAPM sertifikatı üstünlükdür.
İş şəraiti:
- Əmək haqqı: 2250 AZN (Gross)
- İş qrafiki: 9:00-18:00
- İş günləri: I-V günlər
Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən.