OB&
Olivia Beauty & Care

Məhsul Sahibi

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
₼2,250+
Kateqoriya
İnformasiya texnologiyaları

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

Strategiya və vizyon

  • Veb sayt, mobil tətbiq və digər e-commerce platformaları üzrə məhsul vizyonunu, dəyər təklifini və inkişaf strategiyasını formalaşdırmaq, onu şirkətin ümumi hədəfləri ilə uyğunlaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq;
  • Məhsul yol xəritəsini (roadmap) hazırlamaq, prioritetləri müəyyən etmək və icrasına nəzarət etmək.

Tələblər və backlog

  • Biznes tərəfləri, istifadəçilər və əməliyyat komandaları ilə birlikdə tələbləri toplamaq, prioritetləşdirmək və scope-u müəyyən etmək;
  • Biznes tələblərini istifadəçi hekayələrinə (user story) və qəbul meyarlarına (acceptance criteria) çevirmək, backlog-u idarə etmək və buraxılış planlamasını aparmaq.

Komanda və icra (delivery)

  • Backend, Frontend, Mobil (iOS/Android), BA, DevOps, UX/UI və QA komandaları ilə sıx əməkdaşlıq etmək, sprintləri planlamaq;
  • Deliverable-ləri, asılılıqları, bloker-ləri, məsul şəxsləri və son tarixləri izləmək; riskləri, scope dəyişikliklərini və resurs boşluqlarını erkən aşkarlayıb idarə etmək;
  • Maraqlı tərəflər və qrup şirkətləri ekosistemi ilə effektiv kommunikasiya qurmaq, status hesabatlarını və icraçı xülasələrini hazırlamaq.

Launch və keyfiyyət

  • Buraxılış (launch), kampaniya və promo inteqrasiyalarını planlamaq və icra etmək;
  • UAT və QA-nı koordinasiya etmək, go-live checklist-ləri hazırlamaq.

İstifadəçi və data

  • Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşma tətbiq etmək, istifadəçi araşdırmaları və usability testləri təşkil etmək, qərarları data və nəticələrə əsaslandırmaq;
  • Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunu təmin etmək;
  • Süni intellekt (AI) həllərinin layihələrdə tətbiq imkanlarını araşdırmaq və pilot etmək;
  • Qeyri-müəyyən şəraitdə struktur və inam mühiti yaratmaq, çoxfunksiyalı komandalara liderlik etmək.

Uğur meyarları (bu rol nəyə görə qiymətləndiriləcək)

  • E-commerce konversiyasının (CR) artımı həm desktop həm digər online satış kanalı;
  • Orta çek (AOV) və GMV üzrə müsbət dinamika;
  • İstifadəçi saxlanması (retention) və təkrar alış göstəricilərinin yaxşılaşması;
  • Buraxılışların vaxtında və keyfiyyətlə (UAT/QA) həyata keçirilməsi;
  • Backlog prioritetlərinin biznes dəyəri (revenue / ROI) ilə düzgün uyğunlaşdırılması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı (ingilis dili üstünlükdür — beynəlxalq komanda ilə iş üçün);
  • Məhsul Sahibi / İT Biznes Analitik vəzifəsində minimum 2-3 il təcrübə;
  • E-commerce / Marketplace və pərakəndə satış təcrübəsi (üstünlükdür);
  • E-commerce həyat dövrünü (planlama → icra → launch → optimizasiya) başa düşmək;
  • Müasir veb arxitektura anlayışı (mikroservislər, API) və üçüncü tərəf inteqrasiyaları (ödəniş, logistika, ERP/CRM);
  • Agile / Scrum / Kanban üzrə praktiki biliklər (Waterfall üstünlükdür);
  • Jira və Confluence ilə iş bacarığı (Asana / Trello / Bitrix üstünlükdür);
  • Figma, Notion, Miro ilə iş bacarığı;
  • Google Analytics (GA4) və data analizi bacarığı; SQL üstünlükdür;
  • Risk, scope və dependency idarəetməsində sübut olunmuş bacarıq;
  • Güclü stakeholder kommunikasiyası, koordinasiya və təqdimat bacarıqları;
  • Texniki terminologiyanı başa düşmək və dokumentasiya yazmaq bacarığı;
  • 1C bilikləri, Grafana / Kibana kimi monitorinq alətləri və PMP / CAPM sertifikatı üstünlükdür.

İş şəraiti:

  • Əmək haqqı: 2250 AZN (Gross)
  • İş qrafiki: 9:00-18:00
  • İş günləri: I-V günlər

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən.

Oxşar vakansiyalar

: