Azekon Construction Memar
О должности
Tələb olunan Təhsil və təcrübə:
“Memar” ixtisası üzrə Ali təhsil.
“Memar” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan Kompüter bilikləri:
AutoCAD, ArchiCAD, 3D Max, Revit, Corel Draw, Microsoft Office ve s. proqramlarda sərbəst işləməyi, o cümlədən Kompüterdə sürətli işləməyi bacarmalı.
Tələb olunan dil bilikləri:
Azərbaycan dili – C1
İngilis dili - C1
Rus dili – B2
Tələb olunan Bacarıqlar:
Konsept layihənin hazırlanması-RİBA stage-2;
Eskiz layihəsinin (eskiz planları, 3D illustrasiya və 3D animasiya) hazırlanması;
Funksional zonalaşma sxeminin hazırlanması;
Dizayn təkmilləşdirilməsi mərhələsinin, işçi layihələrin hazırlanması -RİBA stage -3;
Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
Memarlıq işləri bölməsi üzrə bütün mərhələlərin sənədlərinin işlənib hazırlanması;
Texniki dizayn mərhələsinin hazırlanması -RİBA stage-4;
Tam interyer dizayn paketinin hazırlanması üzrə:
İnteryer planlar
İnteryer görünüşlər və müvafiq detallar
Mebel və avadanlıqların tipologiya cədvəlləri və detalları
Tamamlama materiallarına aid tipologiya cədvəlləri və detalları
Daxili qapı və pəncərələrin tipologiya planları, tipologiya cədvəlləri və detalları
Nişanlar və istiqamətləndirici işarələr (daxili və xarici)
Otaqların və sahələrin təsnifatı (room book) və sahə məlumatlarının hazırlanması
Memari bölmə üzrə texniki şərtnamələrin (specifications) hazırlanması;
Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
Tikintinin icrası üçün lazım olan bütün dizayn məlumatlarının /sənədlərinin (hər bir disiplin üzrə) eləcə də çizgilərin, texniki şərtnamələrin, təsnifatların, iş həcmlərinin smetaların və müvafiq qiymət / xərc məlumatlarının tikinti üçün tam koordinasiya edilmiş şəkildə təqdim edilməsi.
Əmək Şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: 5 günlük iş həftəsi.
Əmək Haqqı:
Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə [email protected] elektron ünvanına mövzu yerinə “Memar” yazaraq göndərilməsi xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
