TƏBİBTƏBİB

Məsləhətçi / aparıcı / böyük məsləhətçi (İnsan resursları departamenti)

Bakı Опубликовано 3 ч. назад Источник
Полная занятость 3–5 лет HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Struktur bölmələrin insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam dövrünün (elan, axtarış, seçim, müsahibə və təklif mərhələləri) idarə edilməsi
  • Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək işçi ehtiyaclarının planlaşdırılması və optimal kadr təminatının təşkili
  • Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək münasibətlərinə xitam proseslərinin icrası
  • İnsan resursları fəaliyyəti ilə bağlı daxil olan vətəndaş və təşkilat müraciətlərinin araşdırılması, rəy və cavab layihələrinin hazırlanması
  • Əmək münasibətləri ilə bağlı yaranan məsələlər üzrə qüvvədə olan qanunvericiliyin tətbiqini təmin etmək və struktur bölmələrə dəstək göstərilməsi
  • İnsan resursları sahəsini tənzimləyən normativ hüquqi aktlarda dəyişikliklərin izlənilməsi, təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması
  • Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi
  • ƏMAS və digər aidiyyəti dövlət informasiya sistemləri üzərindən əməliyyatların həyata keçirilməsi
  • İnsan resursları prosesləri üzrə daxili prosedur, qayda və normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi
  • İnsan resursları göstəricilərinin təhlili, hesabatların hazırlanması və insan resursları layihələrinin icrasında iştirak

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00 – 19:00


İş yeri:

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

Əməkhaqqı:
  • Rəqabətədavamlı əməkhaqqı

Xüsusi tələblər

  • Ali təhsil: hüquq, humanitar, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi: İnsan resursları sahəsi üzrə 3-4 il
  • ƏMAS, elektron sənəd dövriyyəsi və digər dövlət portalları ilə işləmə bacarığı
  • Əmək qanunvericiliyini və kadr sənədləşməsini bilmək
  • Komputer biliyi: MS Office proqramlarında işləmək bacarığı
  • Sertifikat: SHRM / HRCI arzuolunandır
  • Dil bilikləri: İngilis dili arzuolunandır

Bacarıqlara dair tələblər:
  • Komandada işləmə
  • Məsuliyyətlilik, dürüstlük, çeviklik
  • Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
  • Səlis və işgüzar ünsiyyət bacarığı

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “İR məsləhətçi/aparıcı/böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 19.07.2026-cı il tarixinə qədər göndərilməlidir

Müraciət etmək üçün: [email protected]

Похожие вакансии

Смотреть все