BBU Baku Business UniversityBaku Business University

Müəllim (“İnformasiya texnologiyaları” kafedrası)

Bakı Опубликовано 1 ч. назад Источник
Полная занятость Образование
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

Tədris ediləcək fənlər:

  • İKT – baza kompüter bilikləri;
  • İnformatika;
  • İnformasiya təhlükəsizliyi;
  • Kriptoqrafiyanın əsasları;
  • Veb proqramlaşdırma;
  • Veb-saytların işlənilməsinə giriş;
  • Veb sistemləri və texnologiyaları.

Xüsusi tələblər

  • müvafiq sahə üzrə ali təhsilə malik olmaq;
  • fənləri Azərbaycan dilində tədris etmək bacarığına malik olmaq;
  • informasiya texnologiyaları, proqramlaşdırma və ya informasiya təhlükəsizliyi sahəsində praktiki iş təcrübəsinə malik olmaq;
  • müasir tədris metodlarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
  • İngilis və ya rus dilini bilmək və bu dillərdə fənləri tədris edə bilmək, eləcə də İKT sahəsi üzrə beynəlxalq sertifikatlara malik olmaq üstünlük hesab edilir.


Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Universitet rektorunun adına ərizə;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
  • elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
  • əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
  • elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
  • beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
  • 3 × 4 sm ölçüdə fotoşəkil.

Sənədlərin qəbulu:
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür

Müraciət etmək üçün: [email protected]
BBU Baku Business University
Baku Business University

Похожие вакансии

Смотреть все