BBU Baku Business UniversityBaku Business University

Müəllim (Mühasibat uçotu və audit” kafedrası)

Bakı Опубликовано 1 ч. назад Источник
Полная занятость Образование
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

Tədris ediləcək fənlər:

  • Mühasibat uçotu;
  • Audit;
  • İqtisadi təhlil.

Xüsusi tələblər

  • müvafiq sahə üzrə ali təhsilə malik olmaq;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • qeyd olunan dillərdə müvafiq fənləri tədris etmək bacarığına malik olmaq;
  • baş mühasib, mühasib və ya auditor kimi iş təcrübəsinə malik olmaq;
  • ACCA kvalifikasiyası üzrə müvafiq imtahanları keçmək və ya PMS sertifikatına malik olmaq;
  • mühasibat uçotu, audit və iqtisadi təhlil sahəsində nəzəri və praktiki biliklərə malik olmaq;
  • müasir tədris metodlarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.


Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Universitet rektorunun adına ərizə;
  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
  • elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
  • əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
  • elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
  • beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
  • 3 × 4 sm ölçüdə fotoşəkil.


Sənədlərin qəbulu:
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür



Müraciət etmək üçün: [email protected]
BBU Baku Business University
Baku Business University

Похожие вакансии

Смотреть все