Baku Business University Müəllim (Mühasibat uçotu və audit” kafedrası)
İş rejimi Tam ştat Kateqoriya Təhsil
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
Tədris ediləcək fənlər:
- Mühasibat uçotu;
- Audit;
- İqtisadi təhlil.
Xüsusi tələblər
- müvafiq sahə üzrə ali təhsilə malik olmaq;
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- qeyd olunan dillərdə müvafiq fənləri tədris etmək bacarığına malik olmaq;
- baş mühasib, mühasib və ya auditor kimi iş təcrübəsinə malik olmaq;
- ACCA kvalifikasiyası üzrə müvafiq imtahanları keçmək və ya PMS sertifikatına malik olmaq;
- mühasibat uçotu, audit və iqtisadi təhlil sahəsində nəzəri və praktiki biliklərə malik olmaq;
- müasir tədris metodlarından və informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Universitet rektorunun adına ərizə;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- tərcümeyi-hal;
- şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında diplom və diploma əlavənin notarial qaydada təsdiq edilmiş surətləri;
- elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri — mövcud olduqda;
- əmək kitabçasının və ya əmək fəaliyyətini təsdiq edən digər sənədlərin surəti;
- elmi və elmi-metodiki işlərin siyahısı — mövcud olduqda;
- beynəlxalq dil və digər peşəkar sertifikatların surətləri — müvafiq vəzifə üzrə tələb olunduqda;
- 3 × 4 sm ölçüdə fotoşəkil.
Sənədlərin qəbulu:
Namizədlərin sənədləri elanın dərc olunduğu tarixdən etibarən bir ay müddətində, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək Bakı Biznes Universitetinin Kadrlar şöbəsində qəbul edilir.
Tələblərə cavab verən namizədlər müsahibəyə və zərurət yarandığı halda nümunəvi dərsin keçirilməsinə dəvət edilə bilərlər.
Sənədləri tam təqdim etməyən və ya müəyyən edilmiş tələblərə cavab verməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.
Əlavə məlumat üçün Bakı Biznes Universitetinin Kadrlar şöbəsi ilə əlaqə saxlamaq mümkündür
BBU 

Baku Business University