Energonomic MMC Enerji Auditoru
Vəzifə haqqında
Da Gama Solutions MMC ( qeyri maliyyə auditi üzrə 5 illik təcrübə) enerji auditinin təşkil olunması üçün təsis edilmiş Energonomic MMC üçün uyğun namizədlər axtarır!
Struktur Vahid: Enerji Effektivliyi Şöbəsi
Tabeçilik: Direktor / Baş mühəndis
Vəzifə haqqında:
Bu rol, ölkədə yeni və strateji bir istiqamətin əsasını qoymaq istəyən, innovativ düşüncəli mütəxəssis üçün unikal fürsətdir. Bu rolda siz Azərbaycanda yeni formalaşan enerji auditoru olmaq imkanını qazanacaqsınız Bu, sadəcə vəzifə deyil, şirkətin enerji səmərəliliyi istiqamətində strateji tərəfdaş və bu sahənin memarlığını quran professional kimi tanınmaq imkanıdır.
Seçilmiş namizədlər:
- müstəqil şəkildə və şirkətin dəstəyi ilə zəruri bilik və bacarıqları mənimsəyərək müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən keçirilən attestasiyadan uğurla keçib "Enerji Auditoru" ixtisas attestatını əldə edib
- enerji auditlərinin aparılmasında, optimallaşdırma imkanlarının müəyyən edilməsində əsas rol oynayacaqdır.
Əsas Vəzifə və Məsuliyyətlər:
- Təlim və İnkişaf: Müstəqil öyrənmə və şirkətin təmin etdiyi xarici təlim proqramlarında iştirak etməklə enerji auditinin metodologiyası, qanunvericilik bazası və beynəlxalq standartlar (məsələn, ISO 50001) üzrə biliklərini dərinləşdirmək.
- Attestasiyaya Hazırlıq: Energetika Nazirliyinin attestasiya proqramına uyğun olaraq imtahana müstəqil və şirkətdaxili təlimlər vasitəsilə hazırlaşmaq.
https://minenergy.gov.az/uploads/Enerji%20semereliliyi/Attestasiya%20Bələdçi-yeni.pdf – hazırlıq proqramı və əyanı vəsait siyahısı
- Enerji Auditlərinin Keçirilməsi: Təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditlərinin planlaşdırılması və keçirilməsində əsas icraçı kimi fəaliyyət göstərmək, ölçmə cihazlarının quraşdırılması və göstəricilərin qeydə alınmasını təmin etmək.
- Məlumatların Toplanması və Təhlili: Audit obyektlərinin enerji istehlakı göstəricilərini, kommunal xidmət hesablarını və texniki sənədləri toplamaq və ilkin təhlil üçün sistemləşdirmək.
- Hesabatların Hazırlanması: Audit nəticələrinə dair hesabatların hazırlanmasında iştirak etmək, enerji itkilərinin müəyyən edilməsi və enerji səmərəliliyinin artırılması üzrə təkliflərin formalaşdırılmasına dəstək vermək.
- Sənədləşmə: Görülən işlərin və təhlil nəticələrinin müvafiq qaydada (Energetika Nazirliyinin təlimatlarına uyğun olaraq) sənədləşdirilməsini təmin etmək və yekun hesabatı hazırlamaq.
Əsas Tələblər:
- Təhsil: Energetika , Elektrik, Mexanika, Sənaye və İnşaat mühəndisliyi üzrə ali təhsil. İqtisadiyyat və ya maliyyə ixtisası üzrə təhsil almış namizədlər enerji sistemləri və enerji xərclərinin təhlili sahəsində texniki biliklərə malik olduqları halda nəzərdən keçirilə bilərlər.
- İş Təcrübəsi: Elektrik sistemləri, HVAC və ya sənaye enerji idarəetməsi sahəsində minimum 3 il iş təcrübəsi.
- Texniki biliklər: Enerji monitorinq alətləri və məlumat təhlili sahəsində və Enerji səmərəliliyi texnologiyaları və dayanıqlılıq çərçivələri üzrə bilik
- Dil Bilikləri: Azərbaycan dili (əla), İngilis və/və ya Rus dili (texniki sənədləri oxuyub anlamaq səviyyəsində arzuolunandır).
- Kompüter Bacarıqları: MS Office proqramları (xüsusilə Excel-də sərbəst işləmə bacarığı), AutoCAD və ya oxşar proqramlarda ilkin biliklərin olması üstünlükdür.
Şəxsi Keyfiyyətlər:
- Güclü analitik və problem həll etmə bacarığı
- Detallara qarşı diqqətlilik
- Yüksək məsuliyyət hissi və intizam
- Öyrənməyə və inkişafa yüksək motivasiya
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı |
Karyeranızda Zirvəyə Aparan Unikal Fürsət: Azərbaycanın İlk Sertifikatlı Enerji Auditorlarından Biri Olun!
Azərbaycanın enerji sektorunda yeni bir səhifə açılır və biz sizi bu tarixi dəyişikliyin öncüllərindən biri olmağa dəvət edirik!
Niyə Bizə Qoşulmalısınız?
- İlklərdən olmaq: Siz, bazarda yeni formalaşan bir sahənin ilk peşəkarlarından biri olacaqsınız. Bu, sizə rəqibsiz karyera üstünlüyü və yüksək bazar dəyəri qazandıracaq.
- Şəxsi inkişaf: Biz sadəcə işçi axtarmırıq, gələcək tərəfdaşımızı yetişdiririk. Şirkətimiz sizin enerji auditoru kimi formalaşmağınız üçün bütün zəruri təlimləri, praktiki təcrübəni və mentorluq dəstəyini təmin edəcək. Attestasiya imtahanına hazırlıq və imtahan prosesi tamamilə bizim tərəfimizdən qarşılanacaq.
- Gələcəyin Peşəsi: Enerji səmərəliliyi və davamlılıq, qlobal iqtisadiyyatın və sənayenin gələcəyidir. Bu sahədə mütəxəssis olmaq, sizə uzunmüddətli və stabil karyera perspektivi vəd edir.
- Real Dəyişiklik Yaratmaq: Fəaliyyətinizlə siz, ölkənin aparıcı müəssisələrində enerjiyə qənaət edilməsinə, ətraf mühitin qorunmasına və Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsinə birbaşa töhfə verəcəksiniz.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə CV-nizi göndərərək müraciət edə bilərsiniz.Mövzu hissəsində “Enerji Auditoru” qeyd olunması xahiş olunur.
