Mühafizəçi
Опубликовано 21 ч. назад Источник ↗
Категория Безопасность
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
ADA Universiteti Qala qəsəbəsində yerləşən ADA İbtidai Məktəbinə tam ştatlı Mühafizəçi vakansiyası üzrə işçi qəbulu elan edir.
Qeyd edək ki, məkətəbə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Müəyyən olunmuş ərazidə nəzarət işlərinin yerinə yetirilməsi;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək.
- Məktəbin ərazisində müəyyən edilmiş giriş-çıxış postlarında keçidə nəzarət və elektron buraxılış sistemini tənzimləmək;
- Qorunan obyektə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanılması, qarşılanması və istiqamətləndirilməsi;
- Gələn qonaqların müvafiq kitabda və ya kompyuter sistemində qeydiyyatını, müvəqqəti buraxılış vəsiqələrinin verilməsini təmin etmək;
- Qorunan ərazidə patrul keşiyinin həyata keçirilməsini təşkil etmək;
- Əraziyə daxil olan və ərazidən çıxarılan əşyalara (mallara), açarların verilməsinə nəzarət və onların qeydiyyatını aparmaq;
- Poçt ilə göndərilən məktub və bağlamaların qəbul etmək və aidiyyatı üzrə çatdırmaq;
- Yanğından mühafizə təhlükəsizliyi tədbirləri ilə əlaqədar təlimatı yerinə yetirmək, yanğın təhlükəsi yarada biləcək şəraiti aşkar edib qarşısını almaq;
- Vacib qonaqların müşayiəti və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;
- Baş vermiş hadisələr barədə müvafiq kitabda qeydiyyatın aparılması, hər bir hadisə barədə rəhbərliyə yazılı (və ya şifahi) məlumat vermək;
- İş saatı və tədris prosesi bitdikdən sonra, tədris korpusları, sinif otqağları və qeyri-tədris məkanlarına baxış keçirmək. Ərazidə aşkarlanmış nasazlıqlar və sızmalar barədə məruzə etmək;
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
- Bakalavr dərəcəsi arzuolunandır;
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
- Mühafizə sahəsində minimum 3 il iş təcrübəsi;
- Məxfiliyi qorumaq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Problemləri vaxtında aşkar etmək və mövcud təhlükəsizlik prosedurlarını təmin etmək bacarığı;
- Minimum başlanğıc səviyyədə ingilis dili biliyi arzuolunandır.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
AU 
ADA University
Təhsil
ADA University was established under the decree dated January 13th, 2014, by the President of the Republic of Azerbaijan. The University is a state higher education institution engaged in the…