Rail Trans Service MMC Mühasib
О должности
Yaş aralığı: 20 – 35
Cins : Qadın
· 1C 8.3 proqramında təsərrüfat əməliyyatlarının uçotunun aparılması.
· İlkin mühasibat sənədlərinin (hesablar, qaimələr, aktlar, hesab-fakturalar və s.) daxil edilməsi, işlənməsi və düzgünlüyünə nəzarət.
· 1C proqramında mühasibat və vergi hesabatlarının hazırlanması.
· Dövlət orqanlarına təqdim ediləcək hesabatların hazırlanması və məlumatların sistemdən ixrac edilməsi.
· Əməliyyatların uçot sistemində düzgün əks etdirilməsinə nəzarət.
· Kontragentlərlə üzləşmələrin (qarşılıqlı hesablaşmaların) aparılması.
· Debitor və kreditor borclarının uçotunun aparılması.
· Dövriyyə-saldo cədvəllərinin, hesab kartlarının və digər mühasibat hesabatlarının hazırlanması.
· Pul vəsaitlərinin hərəkətinə nəzarət və bank əməliyyatlarının 1C proqramında uçotunun aparılması.
· Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi.
· Uçot və hesabat məsələləri üzrə baş mühasiblə əməkdaşlıq.
· Mühasibat uçotu və 1C proqramında işlə bağlı digər tapşırıqların yerinə yetirilməsi.\
Tələblər:
1C: Mühasibatlıq 8.3 proqramını yaxşı səviyyədə bilmək.
Mühasib və ya 1C operatoru vəzifəsində minimum 1 il iş təcrübəsi.
Mühasibat uçotu və sənəd dövriyyəsinin əsaslarını bilmək.
Microsoft Excel proqramında sərbəst işləmək bacarığı.
Diqqətlilik, məsuliyyətlilik və böyük həcmli məlumatlarla işləmək bacarığı.
