FBV FAB Boya və Kimya Sənayesi MMCFAB Boya və Kimya Sənayesi MMC

Mühasib

Опубликовано 17 ч. назад Источник
Финансы
Ежемесячная зарплата
₼600+
Срок подачи
25 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri: Bakı

FAB Boya və Kimya Sənayesi MMC komandamıza məsuliyyətli, dəqiq və peşəkar Mühasib axtarır. Əgər mühasibat sahəsində təcrübəniz varsa və maliyyə sənədləri ilə işləməyi bacarırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Elektron qaimə-fakturaların hazırlanması və sistemə işlənilməsi;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi və arxivləşdirilməsi;
  • Kargüzarlıq sənədlərinin hazırlanması və uçotunun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının qeydiyyatı;
  • Mühasibat uçotunun aparılmasına dəstək göstərilməsi;
  • Hesabatların hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibat tapşırıqlarını yerinə yetirmək.

Namizədə tələblər:

  • Mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Elektron qaimə-fakturaların hazırlanması üzrə praktiki bilik;
  • Kargüzarlıq sənədləri ilə işləmək bacarığı;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Güclü riyazi və analitik düşünmə qabiliyyəti;
  • Diqqətli, məsuliyyətli və dəqiq işləmək bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 600–800 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində Mühasib qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

FBV FAB Boya və Kimya Sənayesi MMC
FAB Boya və Kimya Sənayesi MMC
Emal sənayesi

Похожие вакансии

Смотреть все
Откликнуться