AD
Agro Dairy LLC

Mühasib (Accounts Payable)

Bakı Опубликовано 3 ч. назад Источник: glorri.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Режим работы
Полная занятость
Опыт
career-levels.prof
Категория
Финансы

О должности

Təsvir

  • SAP-da təchizatçı (vendor) qaimə-fakturalarını emal etmək, dəqiqliyi və şirkət siyasətlərinə uyğunluğu təmin etmək.
  • Əməliyyatları təsdiqləmək üçün qaimə-fakturaları satınalma sifarişləri (purchase order) və malların qəbulu (goods receipt) sənədləri ilə uzlaşdırmaq.
  • Təchizatçıların ödənişlərini hazırlamaq və icra etmək, bank çıxarışlarını SAP-da qeydiyyata almaq.
  • Kreditor borclarının (accounts payable) izləmək və təchizatçılarla həll olunmamış məsələləri aradan qaldırmaq.
  • Təchizatçılarla üzləşmər etmək və uyğunsuzluqların vaxtında həllini təmin etmək.
  • Hesablanmaları (accruals) və uzlaşdırmaları hazırlamaqla ay sonu və il sonu bağlanış fəaliyyətlərini dəstəkləmək.
  • Bütün kreditor borc əməliyyatlarının dəqiq və nizamlı qeydlərini aparmaq.
  • AP proseslərini təkmilləşdirmək üçün satınalma, maliyyə və digər şöbələrlə əməkdaşlıq etmək.
  • Daxili nəzarət mexanizmlərinə, mühasibat uçotu standartlarına və tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
  • AP əməliyyatlarına dair sənədlər və izahatlar təqdim etməklə auditlərə dəstək göstərmək.
  • İşçilərə verilən təsərrüfat avanslarının hesablarını idarə etmək və hesabatını hazırlamaq.

Tələblər

  • Təhsil: Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Sahə üzrə 1 ildən artıq iş təcrübəsi.
  • Kreditor borcları (accounts payable) sahəsində təsdiqlənmiş təcrübə, üstünlük SAP istifadə edən təşkilatlarda işləmiş namizədlərə verilir.
  • Mühasibat uçotu prinsipləri və AP prosesləri üzrə güclü biliklər.
  • SAP FI modulu və Microsoft Office (Excel, Word, Outlook) proqramlarından sərbəst istifadə bacarığı.
  • Əla analitik, problem həlletmə və təşkilatçılıq bacarıqları.
  • Vendorlarla və daxili maraqlı tərəflərlə qarşılıqlı əlaqə üçün güclü ünsiyyət bacarıqları.
  • Müstəqil işləmək və sürətli iş tempində son tarixlərə (deadline) əməl etmək bacarığı.

Похожие вакансии

: