AD
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- SAP-da təchizatçı (vendor) qaimə-fakturalarını emal etmək, dəqiqliyi və şirkət siyasətlərinə uyğunluğu təmin etmək.
- Əməliyyatları təsdiqləmək üçün qaimə-fakturaları satınalma sifarişləri (purchase order) və malların qəbulu (goods receipt) sənədləri ilə uzlaşdırmaq.
- Təchizatçıların ödənişlərini hazırlamaq və icra etmək, bank çıxarışlarını SAP-da qeydiyyata almaq.
- Kreditor borclarının (accounts payable) izləmək və təchizatçılarla həll olunmamış məsələləri aradan qaldırmaq.
- Təchizatçılarla üzləşmər etmək və uyğunsuzluqların vaxtında həllini təmin etmək.
- Hesablanmaları (accruals) və uzlaşdırmaları hazırlamaqla ay sonu və il sonu bağlanış fəaliyyətlərini dəstəkləmək.
- Bütün kreditor borc əməliyyatlarının dəqiq və nizamlı qeydlərini aparmaq.
- AP proseslərini təkmilləşdirmək üçün satınalma, maliyyə və digər şöbələrlə əməkdaşlıq etmək.
- Daxili nəzarət mexanizmlərinə, mühasibat uçotu standartlarına və tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
- AP əməliyyatlarına dair sənədlər və izahatlar təqdim etməklə auditlərə dəstək göstərmək.
- İşçilərə verilən təsərrüfat avanslarının hesablarını idarə etmək və hesabatını hazırlamaq.
Tələblər
- Təhsil: Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Sahə üzrə 1 ildən artıq iş təcrübəsi.
- Kreditor borcları (accounts payable) sahəsində təsdiqlənmiş təcrübə, üstünlük SAP istifadə edən təşkilatlarda işləmiş namizədlərə verilir.
- Mühasibat uçotu prinsipləri və AP prosesləri üzrə güclü biliklər.
- SAP FI modulu və Microsoft Office (Excel, Word, Outlook) proqramlarından sərbəst istifadə bacarığı.
- Əla analitik, problem həlletmə və təşkilatçılıq bacarıqları.
- Vendorlarla və daxili maraqlı tərəflərlə qarşılıqlı əlaqə üçün güclü ünsiyyət bacarıqları.
- Müstəqil işləmək və sürətli iş tempində son tarixlərə (deadline) əməl etmək bacarığı.