Mühasibatlıq və Vergi Baş mütəxəssis
Режим работы Полная занятость Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Bank üzrə bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək;
- Vergi bəyannamələrinin və digər vergi hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Vergi uçotunun Vergi Məcəlləsinə və Bankın daxili siyasətlərinə uyğun aparılmasına nəzarət etmək;
- Mühasibat uçotu ilə vergi uçotu arasında yaranan fərqləri təhlil etmək və düzgün əks etdirilməsini təmin etmək;
- Vergi risklərini müəyyən etmək, qiymətləndirmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq
- Bankın struktur bölmələrinə vergi məsələləri üzrə metodoloji dəstək və məsləhətlər vermək;
- Yeni məhsulların, layihələrin və biznes təşəbbüslərinin vergi aspektindən təhlilində iştirak etmək;
- Müqavilələrin vergi və mühasibatlıq baxımından ekspertizasını həyata keçirmək və rəy vermək;
- Vergi orqanları ilə yazışmaları hazırlamaq, sorğulara cavab vermək və rəsmi mövqelərin alınmasını koordinasiya etmək;
- Vergi yoxlamaları, daxili audit, xarici audit və digər nəzarət tədbirlərində Bankı təmsil etmək, tələb olunan məlumatları təqdim etmək;
- Vergi güzəştlərinin və beynəlxalq ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiq imkanlarını qiymətləndirmək və tətbiqini təmin etmək;
- Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, təsirlərini qiymətləndirmək və aidiyyəti bölmələri məlumatlandırmaq;
- Vergi proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması layihələrində iştirak etmək, yeni həllər üzrə tələblər hazırlamaq;
- ERP və digər informasiya sistemlərində vergi tələblərinin düzgün tətbiqinə dəstək vermək;
- Vergi hesablamaları üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Ay sonu və il sonu bağlanış proseslərində vergi hissəsinin düzgün və vaxtında tamamlanmasını təmin etmək;
Tələblər
- Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
- İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 5 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
- Sertifikatlar: ACCA (F6/TX, DipIFR üstünlükdür), CAP/CIPA və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlük hesab edilir.
- Qanunvericilik bilikləri:
-Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yüksək səviyyədə);
-"Mühasibat uçotu haqqında" Qanun;
-MHBS (xüsusilə IAS 12, IFRS 9 və IFRIC şərhləri üzrə baza bilikləri);
-Mərkəzi Bankın banklar üçün normativ tələbləri.
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (üstünlükdür).
- Kompüter bilikləri: MS Excel (yüksək səviyyədə), ERP sistemləri (SAP, Oracle və s.)- arzu olunandır, Power BI üstünlükdür.
- Digər bacarıqlar: Analitik düşüncə, qanunvericiliyin təhlili, problem həll etmə, təqdimat və yazılı ünsiyyət bacarığı, layihələrin idarə olunması, komandalararası əməkdaşlıq.
PB 
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…