R RAMMARAMMA

Müştəri xidmətləri üzrə mütəxəssis (Satışsonrası şöbəsi)

Опубликовано 1 дн. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
₼1,200+
Срок подачи
19 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya texniki ixtisaslar üzrə üstünlükdür);
  • Müştəri xidmətləri, satışsonrası xidmət və ya müştəri dəstəyinin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • CRM sistemləri, 1C, AlfaAvto və MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
  • Servis prosesləri və texniki xidmət əməliyyatları haqqında ümumi bilik (avtomobil və ya texnika sahəsində təcrübə üstünlükdür);
  • Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarığı;
  • Analitik düşüncə və operativ problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı və müştəriyönümlü yanaşma;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü iş prinsipi.

Vəzifə öhdəlikləri

  • Müştəri müraciətlərini qəbul etmək, qeydiyyata almaq və CRM sistemində izləmək;
  • Servis sifarişlərini sistemə daxil etmək və icra müddətlərinə nəzarət etmək;
  • Texniki heyətin işini koordinasiya etmək, servis avtomobillərini GPS vasitəsilə izləmək;
  • SLA göstəricilərinə, təmir proseslərinə və sənədləşməyə nəzarət etmək;
  • Təkrar nasazlıq və şikayətləri analiz etmək, müştəri məmnuniyyətini izləmək;
  • Akt, qaimə və hesab-fakturaların düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət etmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, KPI göstəricilərini izləmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

İş şərtləri

  • İş qrafiki: Həftədə 6 iş günü;
  • İş yeri: Lökbatan dairəsi yaxınlığı;
  • Karyera inkişafı imkanları;
  • Əməkhaqqı: 1200–1500 AZN (namizədin bilik və təcrübəsinə əsasən dəyişə bilər).

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Müştəri xidmətləri üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2511&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

Похожие вакансии

Смотреть все
Откликнуться