RAMMA Müştəri xidmətləri üzrə mütəxəssis (Satışsonrası şöbəsi)
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tələblər
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya texniki ixtisaslar üzrə üstünlükdür);
- Müştəri xidmətləri, satışsonrası xidmət və ya müştəri dəstəyinin idarə olunması sahəsində minimum 2-3 il iş təcrübəsi;
- CRM sistemləri, 1C, AlfaAvto və MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
- Servis prosesləri və texniki xidmət əməliyyatları haqqında ümumi bilik (avtomobil və ya texnika sahəsində təcrübə üstünlükdür);
- Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarığı;
- Analitik düşüncə və operativ problem həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və müştəriyönümlü yanaşma;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü iş prinsipi.
Vəzifə öhdəlikləri
- Müştəri müraciətlərini qəbul etmək, qeydiyyata almaq və CRM sistemində izləmək;
- Servis sifarişlərini sistemə daxil etmək və icra müddətlərinə nəzarət etmək;
- Texniki heyətin işini koordinasiya etmək, servis avtomobillərini GPS vasitəsilə izləmək;
- SLA göstəricilərinə, təmir proseslərinə və sənədləşməyə nəzarət etmək;
- Təkrar nasazlıq və şikayətləri analiz etmək, müştəri məmnuniyyətini izləmək;
- Akt, qaimə və hesab-fakturaların düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət etmək;
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, KPI göstəricilərini izləmək və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
İş şərtləri
- İş qrafiki: Həftədə 6 iş günü;
- İş yeri: Lökbatan dairəsi yaxınlığı;
- Karyera inkişafı imkanları;
- Əməkhaqqı: 1200–1500 AZN (namizədin bilik və təcrübəsinə əsasən dəyişə bilər).
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Müştəri xidmətləri üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2511&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
R 

RAMMA