Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Mütəxəssis-Elektrik
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Elektron avadanlıqlara hardware və software üzrə servis xidmətlərinin göstərilməsi, cihazların texniki diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi.
- Proqram təminatının quraşdırılması, yenilənməsi və konfiqurasiya işlərini həyata keçirmək.
- Elektron sxemlərin oxunması və təhlili, multimetr və digər ölçü cihazlarından istifadə etməklə yoxlama və testlərin aparılması.
- Cihazların iş qabiliyyətinin yoxlanılması, texniki sənədlərlə işlənilməsi və görülən işlər üzrə hesabatların hazırlanması.
- Servis prosesində müəyyən edilmiş nasazlıqların qeydə alınması və müvafiq tədbirlərin görülməsi.
- Keyfiyyət standartlarına və daxili prosedurlara riayət edilməsi, həmçinin aidiyyəti struktur bölmələri ilə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.
Tələblər
- Elektronika, Elektrik Mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi.
- Elektron sxemləri oxumaq və təhlil etmək bacarığı.
- Elektron avadanlıqların diaqnostikası, təmiri və texniki xidməti üzrə biliklər.
- Multimetr, osiloskop və digər ölçü cihazlarından sərbəst istifadə bacarığı.
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı.
- Texniki sənədlərlə işləmək və görülən işlər üzrə strukturlaşdırılmış hesabatlar hazırlamaq bacarığı.
- Azərbaycan dilini səlis bilmək (İngilis və ya Rus dili biliyi üzrə orta səviyyə üstünlük hesab olunur).
- Problem həll etmə və analitik düşünmə qabiliyyəti.
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.
AYN 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına…