Fly INN BakuFly INN Baku

Nəzarətçi

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
28 iyul 2026

О должности

Nəyi bilməlidir:

  • Azərbaycan, Rus və İngilis dili (Ünsiyyət səviyəsində);
  • Kamera cihazlarının iş prinspilərini;
  • Nəzarət buraxılış məntəqəsində yoxlanış qaydalarını

Nəyi bacarmalıdır:

  • Yüksək davranış və ünsiyyət;
  • Düzgün təhliletmə və qərarvermə;
  • Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;
  • Detallara diqqət yetirmə;
  • Çeviklik;
  • Punktuallıq.

Xüsusi tələblər:

  • Səliqəli xarici görünüş;
  • Yaş həddi: 23-35;
  • Tərcihən otelçilik sahəsində iş təcrübəsi;

Gözlənilən davranışlar:

  • Nizam-intizamlı;
  • Stresə dözümlülük;
  • Gülərüz və mehriban olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Dəyişkən iş qrafik və 2 növbəli işrejiminə uyğunlaşmaq;
  • Səliqəli görünüm;

İş şəraiti: 

  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu;
  • İş qrafiki: 2 növbəli;
  • Əmək haqqı: Müsahibə zamanı bildirəcək (Gecə növbəsində əmək haqqına 40% əlavə);
  • Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
  • Azərbaycan Respublikası ƏM-nə müvafiq sənədləşmə.

Vəzifə öhdəliyi:

  • Kamera müşahidəsi aparmaq;
  • Qonaqların və həmkarların ola biləcəyi bütün yərləri nəzarətdə saxlamaq;
  • Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq;
  • Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq;
  • Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək;
  • İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək;
  • Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;
  • Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman nəzarətçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər;

Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “Nəzarətçi” qeyd etməklə CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
Fly INN Baku
Fly INN Baku
Mehmanxana və ictimai iaşə xidmətləri

Property Location You'll be located near of Heydar Aliyev International Airport with a stay at FLY INN BAKU, minutes from Expo Center and beach side. This 5-star hotel is within close proximity of…

Похожие вакансии

Смотреть все
Откликнуться