Ödənişli Təcrübə Proqramı – Yardım masası (Help Desk) mütəxəssisi
Опубликовано 18 ч. назад Источник ↗
Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təcrübə proqramının təşkilatçıları:
- Təlimçi müəssisə: Clopos MMC
- Ünvan: Bakı şəhəri, Sabit Orucov küçəsi 13
- Təlim forması: Əyani (5 gün, gündə 5 saat)
- Proqramın müddəti: 2 ay
- Təcrübə müddətində aylıq təqaüd məbləği: 200 azn
Proqramın məqsədi
- Bu proqramın məqsədi – Clopos dəstək xidmətində istifadəçi müraciətlərinə operativ və səmərəli cavab verəcək, texniki problemlərin ilkin həllini təmin edəcək və peşəkar mühitdə təcrübə qazanacaq kadrların hazırlanmasıdır. Təcrübə müddətində iştirakçılar real iş mühiti ilə tanış olacaq, müştəri dəstəyi, IT infrastrukturu və texniki yardım proseslərində praktiki bacarıqlar qazanacaqlar.
Tələblər
- Yaş həddi: 20 – 30 yaş
- Təhsil: Orta ixtisas və ya ali təhsil
- İxtisas: Fərq etmir
- İş təcrübəsi: Vacib deyil (lakin üstünlükdür)
- Dil bilikləri: Azərbaycan dilidə səlis danışıq və yazı, Türk dilini mükəmməl səviyyədə (ana dili və ya C1/C2) bilmək.
- İT bilikləri: MS Windows, MS Office, internet və e-poçt tətbiqləri
- Əlavə bacarıqlar: İstifadəçilərlə etik ünsiyyət qurmaq, texniki problemləri müəyyənləşdirmək və həll etmək, dəqiq, nəzakətli və operativ işləmək bacarığı
İştirak üçün ilkin şərtlər
- Rəsmi işsiz kimi qeydiyyatda olmaq
- Adına aktiv VÖEN-in olmaması (varsa dondurmaq)
- Əyani təhsil almamaq
Proqramdan əldə ediləcək üstünlüklər
- Ödənişli təcrübə dövrü
- Real müştəri dəstəyi sistemində praktiki iş
- IT və kommunikasiya sahəsində peşəkar inkişaf
- Təlim və mentor dəstəyi
- Uğurlu iştirakçılara Clopos MMC-də iş imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
C 
Clopos