G GlassicaGlassica

Operator- (İsti xətt) – Sumqayıt İstehsalat şirkətia

Опубликовано 8 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
8 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri

  • Şüşə butulkaların formalaşdırılması prosesini texnoloji təlimatlara uyğun idarə etmək və istehsalın fasiləsizliyini təmin etmək;

  • Maşınların iş rejimini, istehsal parametrlərini və avadanlıqların texniki vəziyyətini davamlı izləmək, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti şəxslərə məlumat vermək;

  • Şüşə məmulatlarının forma, ölçü, divar qalınlığı, boyun hissəsi və digər keyfiyyət göstəricilərinə vizual nəzarət etmək, qüsurlu məhsulların yaranma səbəblərinin aradan qaldırılması istiqamətində operativ tədbirlər görmək;

  • İstehsal prosesində istifadə olunan qəliblərin, boyun halqalarının və digər formalaşdırıcı elementlərin düzgün işləməsinə nəzarət etmək, qəlib və format dəyişdirilməsi işlərində iştirak etmək;

  • Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək, sadə nasazlıqları aradan qaldırmaq, mürəkkəb texniki nasazlıqlar barədə texniki xidmət əməkdaşlarına məlumat vermək və onların aradan qaldırılması prosesində iştirak etmək;

  • İstehsal prosesinin dayanmaması üçün feeder, konveyer, soyutma və digər köməkçi sistemlərin işini izləmək və yaranan problemləri operativ şəkildə bildirmək;

  • Xammal və köməkçi materiallardan səmərəli istifadə olunmasını təmin etmək, istehsal itkilərinin və qüsurlu məhsul faizinin minimum səviyyədə saxlanılmasına dəstək olmaq;

Tələblər:

  • Metallurgiya, şüşə istehsalı və ya digər ağır sənaye müəssisələrində iş təcrübəsi olan namizədlərə;

  • Elektromexanik, mexanik, avadanlıqların istismarı üzrə operator və ya digər texniki vəzifələrdə çalışmış şəxslər;

  • Məsuliyyətli, diqqətli və operativ olmaq;

  • Növbəli iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Növbəli

  • İş yeri Sumqayıt

  • Nahar əvəzi əlavə ödəniş

  • Servis xidməti mövcuddur

  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Müraciət üçün:CV-lərinizi mövzu hissəsində “Operator (İsti xətt)” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

G Glassica
Glassica
Emal sənayesi

Texniki şüşə məmulatları daxil olmaqla şüşə məmulatların istehsalı və emalı.

Похожие вакансии

Смотреть все