Operator- (İsti xətt) – Sumqayıt İstehsalat şirkətia
About this role
Vəzifə öhdəlikləri
Şüşə butulkaların formalaşdırılması prosesini texnoloji təlimatlara uyğun idarə etmək və istehsalın fasiləsizliyini təmin etmək;
Maşınların iş rejimini, istehsal parametrlərini və avadanlıqların texniki vəziyyətini davamlı izləmək, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti şəxslərə məlumat vermək;
Şüşə məmulatlarının forma, ölçü, divar qalınlığı, boyun hissəsi və digər keyfiyyət göstəricilərinə vizual nəzarət etmək, qüsurlu məhsulların yaranma səbəblərinin aradan qaldırılması istiqamətində operativ tədbirlər görmək;
İstehsal prosesində istifadə olunan qəliblərin, boyun halqalarının və digər formalaşdırıcı elementlərin düzgün işləməsinə nəzarət etmək, qəlib və format dəyişdirilməsi işlərində iştirak etmək;
Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək, sadə nasazlıqları aradan qaldırmaq, mürəkkəb texniki nasazlıqlar barədə texniki xidmət əməkdaşlarına məlumat vermək və onların aradan qaldırılması prosesində iştirak etmək;
İstehsal prosesinin dayanmaması üçün feeder, konveyer, soyutma və digər köməkçi sistemlərin işini izləmək və yaranan problemləri operativ şəkildə bildirmək;
Xammal və köməkçi materiallardan səmərəli istifadə olunmasını təmin etmək, istehsal itkilərinin və qüsurlu məhsul faizinin minimum səviyyədə saxlanılmasına dəstək olmaq;
Tələblər:
Metallurgiya, şüşə istehsalı və ya digər ağır sənaye müəssisələrində iş təcrübəsi olan namizədlərə;
Elektromexanik, mexanik, avadanlıqların istismarı üzrə operator və ya digər texniki vəzifələrdə çalışmış şəxslər;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Növbəli iş rejimində işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Növbəli
İş yeri Sumqayıt
Nahar əvəzi əlavə ödəniş
Servis xidməti mövcuddur
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Müraciət üçün:CV-lərinizi mövzu hissəsində “Operator (İsti xətt)” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Texniki şüşə məmulatları daxil olmaqla şüşə məmulatların istehsalı və emalı.