Ata Pack MMC Operator Köməkçisi
Опубликовано 19 ч. назад Источник ↗
Категория Логистика
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
“ATA PACK” MMC Operator Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri
- Operatorun gündəlik iş prosesində ona dəstək göstərmək;
- Böyük istehsal avadanlıqlarının işə hazırlanması, işə salınması və dayandırılması prosesində operatora kömək etmək;
- Avadanlıqlarda yaranan kiçik texniki nasazlıqları vaxtında operatora və rəhbərliyə bildirmək;
- İstehsalat üçün tələb olunan material və ehtiyat hissələrinin anbardan gətirilməsində iştirak etmək;
- İş yerində təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər
- Orta və ya orta ixtisas təhsili;
- İş təcrübəsi tələb olunmur, iş prosesi şirkət tərəfindən öyrədilir;
- Fiziki cəhətdən sağlam olmaq;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
- Böyük istehsal avadanlıqları ilə işləməyə maraqlı olmaq.
İş şəraiti
- Başlanğıc əməkhaqqı: 600 AZN (iş tam öyrədildikdən sonra əməkhaqqı artırılır);
- Rəsmi əmək müqaviləsi;
- Nahar, iş forması və servis şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 5 günlük;
- İstirahət günləri: Şənbə və Bazar;
- İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Qeyd: İş istehsalat sahəsində və böyük avadanlıqlarla əlaqəli olduğundan fiziki cəhətdən sağlam namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər CV-lərini 055 201 26 68 nömrəsinə (WhatsApp) və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Ata Pack MMC
Emal sənayesi
“ATA PACK” MMC artıq 3 ildir ki,Azərbaycanda çap sektorunda uğurla fəaliyyət göstərən və istehsal etdiyi məhsul tipinə görə yeganə tədarükçüdür.Şirkətimiz ölkənin paytaxtı Bakı şəhərində sənaye…