QA/QC üzrə Baş Mütəxəssis (Şirvan)
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
Keyfiyyətin Təminatı və İdarəetmə Sistemi (QA) üzrə:
- Zavodun Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiqi və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
- Prosedur, təlimat, metodika və digər idarəedici sənədlərin hazırlanmasını və aktuallığını təmin etmək;
- Keyfiyyət məqsədlərinin və fəaliyyət göstəricilərinin (KPI) monitorinqini aparmaq;
- Daxili audit proqramlarını hazırlamaq, auditləri koordinasiya etmək və sertifikatlaşdırma/nəzarət auditlərinə hazırlıq işlərini təşkil etmək;
- Təchizatçıların qiymətləndirilməsi, monitorinqi və təchizatçı auditlərinin keçirilməsini təşkil etmək;
- İşçilər üçün KİS, keyfiyyət alətləri və keyfiyyət mədəniyyətinin formalaşdırılması üzrə təlim proqramları hazırlamaq və keçmək.
Keyfiyyətə Nəzarət və İstehsalat (QC) üzrə:
- Müəssisədə məhsulun keyfiyyətinə nəzarət proseslərinin təşkilində və icrasında birbaşa iştirak etmək;
- Xammal, yarımfabrikat və hazır məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq;
- İstehsalat proseslərində keyfiyyət göstəricilərinin monitorinqini aparmaq və uyğunsuzluqları müəyyən etmək;
- Aşkar olunmuş uyğunsuzluqlar üzrə kök səbəbləri müəyyən etmək, düzəldici və qabaqlayıcı tədbirlər (CAPA) hazırlamaq və effektivliyini qiymətləndirmək;
- Ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanılması proseslərinə nəzarət etmək;
- Müştəri şikayətlərinin araşdırılmasında iştirak etmək, keyfiyyət göstəricilərinin təhlilini apararaq rəhbərliyə hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil: Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil;
- Təcrübə: İstehsalat/sənaye sahəsində keyfiyyətin təminatı (QA) və keyfiyyətə nəzarət (QC) üzrə minimum 6-7 illik iş təcrübəsi;
- Texniki bacarıqlar: Konstruktor və normativ-texniki sənədlərlə peşəkar işləmə bacarığı; Müxtəlif ölçü alətləri və vasitələri ilə işləmək, onların kalibrlənməsi prosesinə bələd olmaq;
- Sənədləşmə: Keyfiyyətlə əlaqəli prosedur, təlimat və idarəedici sənədlərin hazırlanması bacarığı; Keyfiyyətə nəzarət üzrə statistik metodların tətbiqi və kök səbəb təhlili (Root Cause Analysis) bacarıqları.
SEM
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi