"Azərbaycan Hava Yolları" QSC Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı
О должности
Təsvir
"Azərbaycan Hava Yolları" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Naxçıvan, Gəncə, Qəbələ, Füzuli, Zəngilan, Laçın, Zaqatala və Lənkəran regionları üzrə HHVİS mərkəzləri üçün Hava Hərəkətinin İdarə olunması üzrə dispetçerlərinin hazırlanması proqramına qəbul elan edir.
Proqram haqqında qısa məlumat:
"Hava hərəkətinin idarə edilməsi üzrə regional HHİ dispetçerlərin hazırlanması proqramı" Azərbaycan Aviasiya Qaydalarının (AAQ), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standart və tövsiyə olunan təcrübələrinin, eləcə də Avropa aeronaviqasiya təhlükəsizliyi tələblərinin nəzərə alınması ilə təşkil ediləcəkdir. Proqram "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında həyata keçirilir və proqramda iştirak edən namizədlərə təhsil müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara hava hərəkətinin idarə edilməsi üzrə dispetçer-tələbə lisenziyasını əldə etmək imkanı yaradılacaq. Lisenziya əldə etmiş şəxslər Azəraeronaviqasiyada müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.
Proqramın müddəti: 12 ay
Tədris dili: İngilis dili
Tədris yeri: Bakı şəhəri
Tədris müddəti başa çatdıqdan sonra iş yeri: Müvafiq Regiondakı Hava Limanı
Tələblər
- Ali Texniki Təhsil (MAA məzunlarına üstünlük veriləcək);
- İngilis dili biliyi: B2 və ya daha yüksək səviyyədə;
- Yaş: 20 - 30 yaş arası.
Seçim Prosesi
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması;
- Test mərhələsi – İngilis dili, psixoloji və IQ testləri;
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə);
- Sənədləşmə prosesi;
- Tibbi Müayinə (CAT 3 Sertifikatı);
- İşə Qəbul və Təlimlər.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…