A Azerbazalt MMCAzerbazalt MMC

Rəhbərin Biznes Assistenti / Executive Assistant

Опубликовано 2 дн. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
12 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Biz rəhbərin etibarlı sağ əli olacaq, iş proseslərinin, layihələrin və kommunikasiyaların effektiv idarə olunmasına dəstək verəcək məsuliyyətli, təşkilatçılıq bacarığı yüksək və təşəbbüskar biznes assistenti axtarırıq.

Əsas vəzifələr

  • Rəhbərin iş qrafikinin və görüşlərinin planlaşdırılması və idarə edilməsi.
  • Tapşırıqların icrasına, son tarixlərə və prioritetlərə nəzarət.
  • Daxili və xarici layihələrin koordinasiyası.
  • Təqdimatlar, analitik materiallar və işgüzar sənədlərin hazırlanması.
  • İşgüzar yazışmaların və tərəfdaşlarla kommunikasiyanın aparılması.
  • Görüş protokollarının hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət.
  • Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi.
  • Ezamiyyətlərin, görüşlərin və tədbirlərin təşkili.
  • Əməkdaşlar, tərəfdaşlar və podratçılarla koordinasiya.
  • Sənəd dövriyyəsinin və inzibati proseslərin idarə olunmasına dəstək.
  • Məxfi məlumatların qorunmasının təmin edilməsi.

Tələblər

  • Oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur.
  • Ali təhsil.
  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
  • İngilis dili biliyi – minimum Upper Intermediate səviyyəsində.
  • Microsoft Office (PowerPoint, Excel, Word) və Google Workspace proqramlarında sərbəst işləmək bacarığı.
  • ChatGPT və digər müasir AI alətləri ilə işləmək bacarığı.
  • Eyni anda bir neçə tapşırığı effektiv idarə etmək bacarığı.
  • Yüksək məsuliyyət, diqqətlilik və özünüidarəetmə bacarığı.

Şəxsi keyfiyyətlər

  • Təşəbbüskarlıq.
  • Sistemli düşüncə.
  • Yüksək təşkilatçılıq bacarığı.
  • Məsuliyyətlilik.
  • İntizamlı və nəticəyönümlü yanaşma.
  • Stressə davamlılıq.
  • Güclü ünsiyyət bacarıqları.
  • Məxfiliyə ciddi riayət etmək.
  • Sürətli öyrənmə qabiliyyəti.
  • Problemlərə həll yönümlü yanaşmaq və tapşırıqları sonadək icra etmək.

Üstünlük hesab olunur

  • CEO və ya top-menecment üçün təqdimat və materialların hazırlanması təcrübəsi.
  • Layihələrin idarə olunması sahəsində bilik və təcrübə.
  • Biznes prosesləri haqqında anlayış.
  • Beynəlxalq tərəfdaşlarla iş təcrübəsi.
  • Canva, Figma və ya digər dizayn alətlərindən istifadə bacarığı.

Biz təklif edirik

  • Rəhbərlə birbaşa işləmək imkanı.
  • Maraqlı və strateji layihələrdə iştirak.
  • Peşəkar və karyera inkişafı üçün geniş imkanlar.
  • Müasir və dinamik iş mühiti.
  • Peşəkar və dəstəkçi komanda.

Seçim mərhələləri

  • CV-lərin qiymətləndirilməsi.
  • Müsahibə.
  • Kiçik praktiki tapşırığın yerinə yetirilməsi.
  • Yekun müsahibə.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznes Assistenti” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

Похожие вакансии

Смотреть все
Откликнуться