Emsan Rəqamsal Marketinq mütəxəssisi
Режим работы Полная занятость Категория Маркетинг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Rəqəmsal Marketinq Mütəxəssisi
Əsas vəzifələr:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;
- Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək, optimallaşdırmaq və gündəlik monitorinqini aparmaq;
- Reklam büdcəsinin effektiv idarə olunmasını təmin etmək və kampaniyaların KPI-lara uyğun nəticə verməsinə nəzarət etmək;
- ROAS, ROI, CPA, CTR, CPC, CPM, Conversion Rate və digər performans göstəricilərini analiz etmək;
- Hədəf auditoriyalarını müəyyənləşdirmək, remarketing kampaniyalarını idarə etmək və A/B testləri həyata keçirmək;
- Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə istifadəçi davranışlarını və kampaniya nəticələrini təhlil etmək;
- Veb-saytın performansı, SEO üzrə açar söz araşdırması və rəqib analizlərində iştirak etmək;
- Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
- Influencer əməkdaşlıqları, bazar araşdırmaları və yeni rəqəmsal marketinq alətlərinin sınağında iştirak etmək;
- Həftəlik və aylıq hesabatlar hazırlamaq, nəticələr və inkişaf imkanları barədə rəhbərliyə məlumat vermək.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Bakı şəhəri, 25 Plaza;
- İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahələr);
- Minimum 2 il rəqəmsal marketinq və ya performance marketing sahəsində iş təcrübəsi (Retail və E-commerce təcrübəsi üstünlükdür);
- Meta Ads Manager, Google Ads və TikTok Ads platformalarında praktiki iş təcrübəsi;
- Google Analytics 4 (GA4), Google Tag Manager və Google Search Console bilikləri;
- SEO və SEM üzrə biliklər;
- Reklam kampaniyalarının planlaşdırılması, optimallaşdırılması və reklam büdcəsinin idarə olunması bacarığı;
- KPI, ROI, ROAS, CTR, CPC, CPM, CPA və Conversion Rate göstəricilərini analiz etmək bacarığı;
- Rəqəmsal kampaniyalar üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Sosial media və rəqəmsal kontent planlaması üzrə anlayış;
- Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə, yaradıcılıq, nəticəyönümlülük və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində "Rəqəmsal Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
E 

Emsan