Rəqəmsal marketinq mütəxəssisi
О должности
𝐕ə𝐳𝐢𝐟ə ö𝐡𝐝ə𝐥𝐢𝐤𝐥ə𝐫𝐢:
Marketinq kommunikasiyaları üzrə bazar araşdırması aparması və təhlil edilməsi;
Rəqəmsal marketinq kommunikasiyaları strategiyasının formalaşdırılması;
Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və müxtəlif brend və məhsul kampaniyalarının həyata keçirilməsi;
Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi;
Rəqəmsal Marketinq şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi;
Kampaniyaların təsdiq edilmiş büdcə daxilində olmasına nəzarət edilməsi;
Yeni kommunikasiya kanallarının, rəqəmsal alətlərin araşdırılması və inteqrasiyası;
Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması;
Marketinq istiqamətində aparılan işlər üzrə hesabatlıq və təqdimatın hazırlanması.
𝐓ə𝐥ə𝐛 𝐨𝐥𝐮𝐧𝐚𝐧 𝐛𝐚𝐜𝐚𝐫ı𝐪𝐥𝐚𝐫:
Ali təhsil (marketinq və ya əlaqəli sahədə olması üstünlükdür);
Rəqəmsal marketinq sahəsində 3-5 il iş təcrübəsi;
Səlis Azərbaycan və Rus dili biliyi; İngilis dili biliyi üstünlükdür;
Mobil tətbiq marketinqində user acquisition, engagement və retention strategiyaları sahəsində təcrübə;
Qlobalda reklam və ya elektronika sahəsində təcrübəsinin olması üstünlükdür;
Reklam kampaniyalarına rəhbərlik və idarəetmə bacarıqları;
Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, Tiktok ads, SEO alətləri, Yandex Metrica/Direct, Search Concole və s.;
ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
Reklamlarda A/B testlərini həyata keçirmək və performans göstəricilərini davamlı olaraq təkmilləşdirmək;
Komanda ilə işləmə bacarığı;
Yaradıcı və yenilikçi düşünmə bacarığı;
Analiz etmə və problemləri həll etmə bacarığı
Əmək haqqı: 1300-1500 AZN.
İş qrafiki: 5 günlük iş qrafiki.
Ünvan: H.Əliyev pr.152, Çinar Plaza.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi ” qeyd etməklə r[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…