BOA Agency Resepşn
Опубликовано 20 ч. назад Источник ↗
Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Boa Agency ASC- Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinə cavab verilməsi;
- Gələn qonaqların qarşılanması;
- Daxil olan və göndərilən məktublara nəzarət etmək, digər ofis daxili idarəetmə işlərinin nəzarətdə saxlanılması;
- Ofisdaxili bəzi sənədlərin hazırlanması;
- Məlumatın təyinatı üzrə ötürülməsi;
- Müxtəlif məktubların və hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Qeydiyyatın aparılması;
- Görülən işlər barədə rəhbərliyə məlumat verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Yaş həddi: 21-30;
- Ali təhsil;
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası;
- Məsuliyyət, düzgünlük, dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
BA 

BOA Agency