Grand-Agro MMC Sahə Meneceri
Режим работы Полная занятость Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Tikinti sahəsində aparılan işlərin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, müqavilə şərtlərinə və qüvvədə olan normativ tələblərə uyğun icrasına nəzarət etmək.
- Baş podratçı və subpodratçıların işlərinin keyfiyyətini, icra müddətlərini və təhlükəsizlik tələblərinə riayət olunmasını gündəlik izləmək.
- Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun aparılmasına nəzarət etmək, gecikmə risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək.
- Layihə üzrə görülmüş işlərin həcmini və keyfiyyətini yoxlamaq, aralıq və yekun qəbul proseslərində iştirak etmək.
- Tikinti sahəsində yaranan texniki problemlərin operativ həllini koordinasiya etmək, zərurət yarandıqda layihəçi, texniki nəzarətçi və podratçılar arasında əlaqələndirməni təmin etmək.
- Tikinti sahəsində əmək mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək.
- Layihə rəhbərliyinə tikinti işlərinin gedişi, əsas risklər, problemlər və görülmüş tədbirlər barədə müntəzəm hesabatlar təqdim etmək.
- Tikinti sahəsində istifadə olunan avadanlıqların, materialların və görülən işlərin layihə tələblərinə uyğunluğunu nəzarətdə saxlamaq.
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Tikinti sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
- Tikinti norma və qaydaları, əmək mühafizəsi və texniki təhlükəsizlik tələbləri üzrə bilik;
- Tikinti layihələrinin icrasına və podratçıların fəaliyyətinə nəzarət təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək, AutoCAD biliyi üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;
- Güclü təşkilatçılıq, ünsiyyət, problem həll etmə və liderlik bacarıqları.
G 

Grand-Agro MMC